Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalının noyabr nömrəsində "Ekovitrin Media" Qrupunun sədri Kamuran Abacıoğlunun "Azərbaycan xalqı İlham Əliyevə güvənir" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə müəllif son bir il ərzində Azərbaycana üç dəfə səfər etdiyini və hər səfərində də ölkədəki inanılmaz inkişafa heyran qaldığını vurğulayır.
K.Abacıoğlu yazır: "Azərbaycanın paytaxtı küləklər şəhəri Bakı İlham Əliyevin uğurlu fəaliyyəti dövründə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının özünəməxsus memarlığı insanı heyran edir. Bir-birindən əzəmətli binalar Bakıya xüsusi gözəllik verir".
Bu il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan müəllif qeyd edir ki, seçkilərin nəticələri İlham Əliyevin on illik fəaliyyətinin xalq tərəfindən bəyənildiyinin və əhalinin ölkədəki sabitliyi dəstəklədiyinin göstəricisidir.
Sonda müəllif Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB