Masallıda YAP-nın 21-ci ildönümü qeyd edilib FOTOLAR

Masallıda YAP-nın 21-ci ildönümü qeyd edilib FOTOLAR

Masallı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.

Sonra YAP Masallı rayon təşkilatı aparatının akt zalında davam etdirilən tədbirdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, millət vəkili Nəriman Əliyev, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən ziyalılar və partiya fəalları iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edib. O bildirib: "Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nəaliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürüb." Məruzəçi daha sonra Partiyanın keçdiyi çətin lakin şərəfli yolundan məlumat verib.Əlavə edib ki, Yeni Azərbaycan Partiyasında ulu öndər Heydər Əliyev missiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyytinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərib.

Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev çıxış edərək bildirib ki: "bu günlərdə Azərbaycanda bayramlar bir-birinə qarışıb. Qısa zaman kəsiyində ölkədə 9 Noyabr-Dövlət Bayrağı günü və 12 Noyabr-Konstitusiya günü qeyd olunub. Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən digər bir hadisə isə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümüdür. Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük və şərəfli yol keçib.

YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova çıxış edərək partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli lider Heydər Əliyevin doğma xalqına misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətinə xüsusi önəm verilməsini qeyd edib.

Gənc YAP üzvü Sərxan Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasətindən bəhs edib.

Millət vəkili Nəriman Əliyev çıxış edərək bildirib ki, "Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub."

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edib: "YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub."

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri, partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə