DMX-nin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri keçirilib

DMX-nin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri keçirilib

12-15 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək" adlı Tvinninq layihəsi çərçivəsində "Didaktik bacarıqların artırılması" üzrə seminar təşkil edilib. SİA-nın məlumatına görə, 2013-2015-ci illəri əhatə edən layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, Latviya və Rumıniyadır.

Seminar Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin Təlim Mərkəzinin ekspertlərinin iştirakı ilə həyata keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin bir sıra idarələrinin rəhbərləri iştirak ediblər. Seminarın əsas məqsədi Dövlət Miqrasiya Xidmətinin idarə rəhbərlərinə didaktika bacarıqları ilə bağlı ətraflı məlumatın verilməsi, təlim-tədris sahəsində təcrübə mübadiləsinin aparılması olub.

Tədbir çərçivəsində iştirakçılar təlim-tədris sahəsində mövcud olan müxtəlif modul və metodlarla tanış olmuş, dəyirmi masa müzakirələri aparıblar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının peşəkar inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması istiqamətdə 4 komponent üzrə seminarlar və təlimlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə