Müsavat Partiyası İbrahimbəyovun təklifini RƏDD ETDİ

Müsavat Partiyası İbrahimbəyovun təklifini RƏDD ETDİ

Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefası ilə bağlı irəli sürdüyü şərti rədd etdi. SİA-nın məıumatına görə,

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında deyib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması tipli məsələlər Milli Şuranın sessiyasından əvvəl tərəflərin razılaşdırılması ilə həll olunmalıdır: "…Düşünürəm ki, bu məsələlərlə bağlı təzyiq xarakterli, emosional çıxışlar edən həmkarlarımız prosesləri daha dərindən təhlil edərək soyuqqanlı qərarlar qəbul edə biləcəklər".

Xatırladaq ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov ötən açıqlamalarının birində həmsədrlik institu ideyasının reallaşmayacağı təqdirdə istefa verəcəyini bəyan etmişdi. Lakin AXCP və "EL" hərəkatı bu istefanın əleyhinə çıxmışdı. Bundan sonra Milli Şura sədri həmsədr kimi fəaliyyətini xaricdə, Cəmil Həsənlinin isə Azərbaycanda davam etdirməsinin tərəfdarı olduğunu bildirmişdi. Müsavat Partiyası isə hazırda İbrahimbəyovun dərhal sədrlikdən getməsini tələb kimi irəli sürməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə