Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda çıxış edən rayon təşkilatının sədri Turani Əliyev qeyd edib ki, bu günlərdə respublikamızın hər yerində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə təntənəli surətdə silsilə tədbirlər keçirilir: "21 il zaman kəsiyi baxımından çox da uzun olan bir vaxt deyildir. Artıq tarixə çevrilməkdə olan bu illər hər birimizin gözü qarşısında, Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı dövrü kimi canlanmaqdadır. Ulu öndər Heydər Əliyev dühasının ərsəyə gətirdiyi, əsası 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində qoyulmuş, Azərbaycan dövlətinin və cəmiyyətinin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə tarixi və obyektiv zərurətdən yaranıb.Azərbaycan tarixinin müxtəlif taleyüklü məqamları və mərhələlərində həmişə doğma vətənimizi ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük şəxsiyyətlərin və dahilərin üzərinə düşüb".
T.Əliyev vurğulayıb ki, bu gün YAP Göygöl rayon təşkilatı 122 ilk partiya təşkilatını və 4468 nəfər sağlam əqidəli, xalqa və dövlətçiliyə sadiq partiya üzvünü özündə birləşdirir: "Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının formalaşmasında, təşkilatlanmasında, böyüməsində partiya veteranları və ağsaqqallarımızın əvəzsiz xidmətləri olub".
Hazırda müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının dünyada baş verən dəyişikliklərdən kənarda qalmadan, sülh, inteqrasiya, əməkdaşlıq, demokratikləşmə prosesində yaxından iştirak edərək, beynəlxalq birliyin tərkib hissəsinə çevrildiyini bildirən YAP Göygöl rayon təşkilatının sədri qeyd edib ki, bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi xalq tərəfindən bəyənilir və dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB