"Bu da bizə təzə bir paz olmasa yaxşıdı" Əhrardan İbrahimbəyova ünvanlanıb

"Bu da bizə təzə bir paz olmasa yaxşıdı" Əhrardan İbrahimbəyova ünvanlanıb

Müsavat Partiyasına yaxınlığı ilə seçilən Əhrar Partiyasından Rüstəm İbrahimbəyov əleyhinə ağır ifadələr işlədilib. SİA-nın məlumatına görə, ötən gün partiya sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vaqif Hacıbəyli Milli Şura sədri Rüstəm İbrahimbəyova olan antipatiya hisslərini "facebook" səhifəsində bölüşərək ona qarşı alçaldıcı ifadələr işlətmişdi.

Maraqlıdır ki, V.Hacıbəyli növbəti dəfə Milli Şura sədrinə qarşı sərt ifadələr yazıb. O bildirib ki, Rüstəm İbrahimbəyov hətərən-pətərən danışır: "Deyir ki, ağır məhrumiyyətlər bahasına olsa belə, Milli Şuraya rəhbərliyi qəbul edərəm...Biz tərəflərdə belə şeylərə "hətərən- pətərən" danışmaq deyirlər... Deyirəm yadınızda qalsın, bu da bizə təzə bir paz olmasa yaxşıdı..."

Xatırladaq ki, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli və partiya funksioneri Arif Hacılı da bildirib ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən getməli və həmsədrliyə olan iddiasından geri çəkilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə