Bu gün Azərbaycanın böyük iqtisadiyyatı və güclü ordusu var

Bu gün Azərbaycanın böyük iqtisadiyyatı və güclü ordusu var

"Bir neçə gündür ki, büdcəni və büdcə zərfinə daxil olan qanunları müzakirə edirik. Hər kəs bilir ki, dövlətmizin büdcəsi ilbəil artır və büdcə artdıqca da hərbi sahəyə ayırdığımız maliyyə vəsaitləri də artır. Büdcədən hərbi sahəyə ayrılan malliyyədən də görünür ki, biz ordumuza necə böyük önəm veririk. Ona görə də bu gün ordumuzun həddindən artıq güclü olması təsadüfi deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

O bildirib ki, bu gün Azərbaycanın böyük iqtisadiyyatı və güclü ordusu var: "Biz öz problemlərimizi özümüz həll etmək gücünə malik dövlətik. Büdcəmizin ilbəil artması, hərbi sahəyə ayrılan maliyyə vəsaitlərinin ilbəil artması düşmənlərimizi narahat etməyə bilməz. Biz Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olsaq da, bu istiqamətdə daima konstruktiv mövqe nümayiş etdirsək də, bir tərəfdən də ordumuzu daha da güclü etməliyik. Necə ki, bu gün Azərbaycan ordusu bütün parametrlərdən baxanda çox böyük gücə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə