Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair növbəti qərar açıqlayıb
"Avropa İnsan Haqları Məhkəməsi 1967-ci il təvəllüdlü Rusiya vətəndaşı Hacı Çankayevin Azərbaycana qarşı iddiasına baxaraq onun Azərbaycandan Rusiyaya ekstradisiyasını qanunsuz hesab etməyib. Ancaq Avropa Konvensiyasının 13-cü maddəsinin (effektiv hüquqi müdafiə hüququ) pozulduğu qənaətinə gəlib". SİA-nın məlumatına görə, bu barədə AİHM-in Azərbaycana dair növbəti qərarında qeyd olunub.
Qərarda qeyd olunub ki, məhkəmənin qərarı qüvvəyə minənə qədər H.Çankayev Rusiyaya təhvil verilə bilməz.
Xatırladaq ki, H.Çankayev 2002-ci ildə Rusiyadan Azərbaycana qaçıb. 2006-cı ildə Azərbaycanda qanunsuz silahlı dəstə yaratmaqda və qanunsuz silah saxlamaqda ittiham edilərək məhkum olunub. Elə həmin il çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə məhkəmə qarşısında durmaq üçün müvəqqəti olaraq Rusiyaya təhvil verilib və 6 il azadlıqdan məhrum olunub. 2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. Avqustda bu istək təmin edilib. H.Çankayev isə bu qərardan şikayət verib. Sentyabrın 3-də onun apellyasiya şikayəti rədd edilib. Lakin AİHM-də şikayət üzrə qərar çıxarılana qədər ekstradisiya qərarının icrası dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB