AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Prezident İlham Əliyevi təbrik edib
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edən P. Aqramunt bildirib ki, seçkilərin nəticələri Azərbaycan xalqının ona və lideri olduğu partiyaya etibarın göstəricisi, xalqı uğurlu gələcəyə aparmaqda, Azərbaycanın firavanlığının artmasında, ölkənin regional və beynəlxalq arenada öz yerini möhkəmlətməsində göstərdiyi səylərə dəstəyin aydın təsdiqidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB