Fuad Qəhrəmanlı: “Milli Şura üzvləri qərarları göstərişlə qəbul etmirlər”

AXCP sədrinin müavini Arif Hacılının cavabını verdi

Milli Şurada baş verənlər qarşılıqlı ittihamlarla müşahidə olunmaqdadır. SİA-nın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılının həmsədrlik məsələsində partiyası adından etirazçı mövqe tutması AXCP-də gərginlik yaradıb. Qarşı tərəfin cavabı çox gecikməyib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Arif Hacılıya cavabında bildirib ki, AXCP İdarə Heyətinin bu həftə keçirilən toplantısında partiyanın Milli Şurada həmsədrlik institutunun və məşvərət qurumunun yaradılması ilə bağlı mövqeyi konkretləşib: "AXCP Milli Şurada həmsədrlik institutunun yaradılmasını reallığa uyğun sayır, bu, qurumun fəaliyyətinin daha uğurlu tənzimlənməsinə gətirib çıxara bilər".

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və partiyanın rəhbərliyindəki digər şəxslərin həmsədrlik institutuna ehtiyac olmadığı yönündə bəyanatlarına gəlincə, F.Qəhrəmanlı bildirib ki, Milli Şura elə bir qurum deyil ki, bir nəfərin ağzından çıxan söz əmr formasında bütün üzvlər tərəfindən müzakirəsiz qəbul olunsun: "Milli Şura üzvləri qərarları hər hansı göstəriş əsasında qəbul etmirlər, müzakirə əsasında qəbul edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə