Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub

Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub. SİA-nın məlumatına görə, səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda Ümummilli lider Heydər Əliyevin adı verilib.

Parkın mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.

Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Parkda musiqili fəvvarə tikilib, ağac və gül kolları əkilib, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılıb, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə