Müsavat Ali Məclisinin sədri Arzu Səmədbəyli: “Birləşmə məsələsini real saymırıq”
Bir müddət öncə mediada Müsavat və AXCP-nin birləşəcəyi ilə bağlı verilən informasiyalar özünü doğrultmadı. SİA-nın məlumatına görə, Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli "superpartiya" ideyasını real hesab etmir: "Bu gün üçün partiyaların birləşməsi məsələsini real saymırıq".
AXCP sədrinin müavini Razi Nurullayev də bu addımı qeyri-mümkün və absurd sayır. Onun fikrincə, bu bəzi aravuranlar tərəfindən ortaya atılan yeni uğursuz həmlədir. AXCP sədrinin müavini düşünür ki, birləşmə barədə belə bir təklif partiyaları əsas hədəflərindən uzaqlaşdırmağa hesablanıb: "Bu təklifi heç cür real görmürəm və heç də aktual deyil. Birincisi AXCP və Müsavatın birləşməsi məsələsinin ortaya atılması bizi əsas hədəfdən uzaqlaşdırır. İki partiya arasında ciddi qarşıdurma yaranır, kimin necə olacağı məsələsi gündəmə gəlir. Ona görə də mən bu cür məsələləri ziyanlı sayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB