Hayrünnisə Gül Mehriban Əliyevanın şərəfinə Çankaya köşkündə nahar yeməyi verib
Türkiyə prezidenti Abdulla Gülün xanımı Hayrünnisə Gül bu ölkədə səfərdə olan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Çankaya köşkündə nahar yeməyi verib. SİA-nın məlumatına görə, bir saat çəkən nahara Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu, Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Tanər Yıldızın xanımı Səlma Yıldız, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun xanımı Lalə Bağırova da qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB