Asim Mollazadə: “Ermənistan Azərbaycanın böyük ərazisinə sahib olmaq uğrunda iddialıdır” AÇIQLAMA

Asim Mollazadə: “Ermənistan Azərbaycanın böyük ərazisinə sahib olmaq uğrunda iddialıdır” AÇIQLAMA

"Ermənistan öz işğalçı siyasətini "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsini müzakirəyə çıxarmaqla pərdələməyə çalışır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib.

Parlament üzvünün sözlərinə görə, hətta Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa çalışır ki, guya işğal faktı mövcud deyil: "Təbii ki bu, uzun illərdir ki, işğalçı ölkə tərəfindən davam edən oyundur. Hətta bu təkliflə çıxış edən Ermənistanın bir neçə müxalifət nümayəndəsi belə öz məqsədlərini güdməyə çalışır. Onlar bununla bir növ Serj Sarkisyan rejiminin qeyri-səmimiliyini nümayiş etdirmək istəyirlər. Bu mənada hesab edirəm ki, Ermənistan parlamenti Dağlıq Qarabağı tanımayacaq. Çünki Ermənistan tərəfi tək Dağlıq Qarabağı deyil, onun ətrafında olan rayonları da işğal edərək, Azərbaycanın böyük ərazisinə sahib olmaq uğrunda iddialıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə