Ölkə gəncləri Bayraq Günü ilə bağlı fikirlərini bölüşdülər.
Sərxan Əliyev, YAP Gənclər Birliyinin Xətai rayon təşkilatının sədri:
- Bayrağımız dövlət atributu və suverenliyimizin rəmzi olmaqla yanaşı, millət kimi varlığımızın və bütövlüyümüzün əlamətidir. Əcdadlarımızdan miras qalan bu əmanəti göz bəbəyimiz kimi qorumaq, üzərindəki rəng çalarlarını ehtiva eden ideyaları inkişaf etdirmək müqəddəs borcumuzdur. Düşmənlərin üzərində qalibiyyətimizin ilk sevincini torpaqlarımızda dalğalanan bayrağımızla yaşayacağıq. Xalqımızı bayram münasibətilə təbrik edir, bayrağımızın daim qürrələnməsini arzulayıram.

Səlcuq Müzəffərli, YAP Gənclər Birliyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası təşkilatının sədri:
- Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdin nəticəsi olaraq, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi qeyd edirik. Dövlət başçısı tərəfindən atılan bu addım özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi səciyyələnir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB