Metropoliten işçiləri Fəxri Xiyabanda olub

Metropoliten işçiləri Fəxri Xiyabanda olub

Bu gün Bakı Metropoliteni işçiləri peşə bayramlarını qeyd edirlər. SİA-nın məlumatına görə, hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır - "Həzi Aslanov", "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər", "Qara Qarayev", "M.Əzizbəyov", "Ulduz", "Bakmil", "N.Nərimanov", "Gənclik", "C.Cabbarlı", "Xətai", "28 may", "Nizami", "Emlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" "Memar Əcəmi", "Sahil", "İçərişəhər", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül".

Bu stansityalardan 14-ü Ümummilli lider Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilib. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşıb. Məhz dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.

Qeyd edək ki, bununla əlaqədar bu gün Bakı Metropoliteninin rəisi Tağı Əhmədov başda olmaqla, metropoliten işçiləri Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin və oftomoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə