"EL" Hərəkatını mən yaratmışam. Rüstəm İbrahimbəyov məndən xahiş etmişdi ki, Eldəniz Quliyevi Əli İnsanov dəstəklədiyinə görə hərəkatın rəhbəri o olsun. Yoxsa E.Quliyev nə təşkilatçılığına, nə də savadına görə hərəkat rəhbəri olmağa layiq deyildi". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatının rəhbəri Əflan İbrahimov deyib.
Qeyd edib ki, Milli Şuranın üzvü Eldəniz Quliyevin "EL" Hərəkatının adından Müsavatın başqanlıq məsələsinə qoşulması göstərir ki, o artistliklə məşğuldur: "Biz "EL" Hərəkatını artıq partiyaya çevirmişik, normal fəaliyyət göstəririk, 32 rayon təşkilatını formalaşdırmışıq. Amma E.Quliyevin haqqında danışdığı qondarma hərəkatda heç 10-15 adam belə yoxdur".
Ə.İbrahimov maraqlı bir proqnozla Müsavatdakı başqanlıq davasına da münasibət bildirərək əlavə edib ki, Müsavatın yeni başqanı Arif Hacılı olacaq: "Arif Hacılı o vaxt Milli Şuraya daxil olmaq istəmirdi, bu məhz mənim səylərimin nəticəsi idi. Ancaq sonrakı proseslər onu bu quruma aparıb çıxartdı. İsa Qəmbər indi "lider" statusu alaraq Müsavatda qalmaq istəyir. Lakin bildiyiniz kimi Müsavatda bu status yoxdur. Böyük ehtimalla məhz bu məsələ ilə bağlı Müsavatın qurultayında nizamnamə dəyişiklikləri aparılacaq, ancaq İsa Qəmbər dönəmi bir neçə aydan sonra bitmiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB