Müxalifət düşərgəsində günbəgün artan ziddiyyətlər daha da dərinləşir. Müsavat Partiyasının qurultayı və yeni başqanın seçilməsi ətrafında yaranan münaqişələr səngimək bilmir.
Müsavatın başqanlığı üstündə müxalifət cəbhəsində yaranan acınaqcaqlı durum haqqında SİA-ya ilginc faktlar da daxil olub. Belə ki, əldə olunan informasiyaya görə, Eldar Namazovla Arif Hacılı arasında yaranan söz-söhbətlərdən sonra, indi də Cəmil Həsənli ilə Arzu Səmədbəyli arasında başqanlıq üstündə rəqabət başlayıb.
A.Səmədbəyli bildirib ki, C.Həsənli Müsavatın daxili işlərinə baş qoşmamalıdır: "Ondan Müsavat başqanı olmaz. İllərdir buradayıq, o 2-3 aylıq fəaliyyəti ilə bizə rəhbər ola bilməz. Müsavatın öz qanunları var, C.Həsənli AXCP-yə qayıdıb orada sədr ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB