Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

ABŞ Senatının Şimali Karolina ştatından üzvü senator Riçard Bör Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu seçkilərdəki inamlı qələbəniz Azərbaycanı inkişaf etdirmək siyasətinizin seçicilər tərəfindən dəstəklənməsinin əyani təsdiqidir.

Həmkarlarım və mən bir müddət əvvəl Bakıda Zati-alinizlə görüşüb Azərbaycanın, ABŞ-ın və regiondakı tərəfdaşlarımızın qarşılaşdığı problemləri müzakirə etmişik.

Fürsətdən istifadə edərək, ABŞ hökumətinə və xalqına göstərdiyiniz möhkəm dəstəyə görə, cənab Prezident, Sizə, Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirmək istərdim.

ABŞ-ın və Azərbaycanın bir sıra ortaq strateji maraqları vardır. Bu maraqların təmin olunmasında, o cümlədən terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyi məsələsində, ABŞ və NATO qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında Azərbaycan Birləşmiş Ştatların etibarlı və sınanılmış tərəfdaşıdır".

ECO Ticarət və İnkişaf Bankının prezidenti Hüseyn Qəzavidən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ECO Ticarət və İnkişaf Bankının adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Növbəti prezidentlik dövründə Zati-alinizə səmimi qəlbdən daha böyük uğurlar və möhkəm cansağlığı arzu edirəm.

Əminəm ki, hakimiyyətdə olduğunuz dövrdə Azərbaycan ilə ECO-nun üzvü olan ölkələr arasında həmrəylik və əməkdaşlıq daha da güclənəcəkdir. Bu mənada Azərbaycan Respublikasını ECO Ticarət və İnkişaf Bankının üzvü və səhmdarı kimi görməkdən böyük qürur duyuruq. Böyük imkanları ilə Azərbaycanın təşkilata üzvlüyü qurumun regiondakı iqtisadi əməkdaşlığı və inkişafı gücləndirmək səylərini daha da möhkəmləndirəcəkdir.

ECO Ticarət və İnkişaf Bankı bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün nüfuzlu Azərbaycan Respublikası ilə birgə çalışmağa hazırdır. Bu sahədə Zati-alinizin dəyərli və lütfkar dəstəyi bankımız üçün vacibdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

ABŞ-ın Tennesi ştatının Nümayəndələr Palatasının üzvü Coni Törnerdən: "Sizi yenidən Prezident seçilməyiniz, Azərbaycan xalqını isə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə təbrik edirəm. Ümummilli seçkilər vətəndaşlara seçim hüququ verir və demokratik prosesin vacib hissəsini təşkil edir.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələri ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət kimi ortaq dəyərlər birləşdirir.

Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.

Cənab Prezident, Azərbaycanın dostu olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq".

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerdən: "İcazə verin, yenidən Prezident seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Gələcək illərdə Sizə uğurlar diləyir, 2014-cü ildə Münhendə görüşəcəyimizə ümid edirəm.

Fürsətdən istifadə edərək, son illərdəki xeyirxahlığınız və gözəl əməkdaşlığınız üçün Sizə bir daha təşəkkür etmək istərdim. Gələcək illərdə hökumətinizlə əməkdaşlığa çox ümid edirəm. Davamlı əməkdaşlığımızı rəsmiləşdirmək üçün gələn il Azərbaycana səfər etmək fikrindəyəm. Eyni zamanda, baş məsləhətçim və xarici əlaqələr, inkişaf və protokol şöbəsinin müdiri doktor Benedikt Frenkdən xahiş etmişəm ki, bu ilin sonuna qədər Bakıya səfər etsin və birgə konfrans keçirmək barədə imkanları öyrənsin. Biz Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qətiyyətliyik".

Oksford Universitetinin elmlər doktoru, "World Fashion Brands & Merchandising Group / World Fashion Organization (WFO)" şirkətinin sədri - baş icraçı direktoru Devid Lidən: "Bu il oktyabrın 9-da seçicilər seçki məntəqələrinə gəlib sabitliyə, inkişafa, tərəqqiyə yönəlmiş siyasətinizi dəstəkləyərək Sizə - böyük dövlət xadiminə və müasir Azərbaycanın liderinə yekdilliklə səs vermişlər.

Ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Hörmətli İlham Heydər oğlu, ulu öndər Heydər Əliyevin bu sözlərini məhz Siz reallığa çevirmisiniz. Sizin yorulmaz əməyiniz, titanik fəaliyyətiniz sayəsində Azərbaycan son 10 ildə müasir ölkələrdən birinə, regionun hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanda müasir istehsal müəssisələri istifadəyə verilir, sosial problemlər uğurla həll edilir, şəhərlər, rayonlar abadlaşır, Şərq və Qərb ölkələrini birləşdirən enerji və nəqliyyat dəhlizləri yaradılır. İqtisadiyyat, mədəniyyət və idman sahələrində heyrətamiz nailiyyətlər Azərbaycanı mühüm ölkələr sırasına çıxarmışdır. Burada dünya, Avropa və beynəlxalq səviyyəli tədbirlər, forumlar, festivallar, idman yarışları keçirilir.

Siz bir sıra istiqamətlərdə yeni ideyaları reallaşdırmaqla Azərbaycanın həyatını, xalqın dünyagörüşünü modernləşdirir, ölkədə memarlıq, şəhərsalma, təhsil, təbabət və digər sahələrdə Avropa və dünya səviyyəli yeniliklər tətbiq edir, insanların rifahını yaxşılaşdırırsınız. Bunu bütün dünya birliyi etiraf edir.

Buna görə də dünyanın nüfuzlu çoxsaylı şirkətləri Azərbaycana gəlir, ölkə iqtisadiyyatının inkişafına böyük sərmayələr qoyurlar. Bu, Sizə böyük etimadın parlaq nümunəsidir.

Sizin ardıcıl, uzaqgörən və müstəqil siyasətiniz sayəsində Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu, Sizin ölkənizin dünyada əsas dövlətlərdən biri kimi tanınmasına parlaq sübutdur.

Zati-aliləri, bizim "World Fashion Brands & Merchandising Group/World Fashion Organization" şirkəti də ölkənizlə sıx əməkdaşlıq etməyə, moda və ticarət sahəsində yeni ideyaları, müasir baxışları və son nailiyyətləri Azərbaycana gətirməyə, Sizin Azərbaycanı modernləşdirmək siyasətinizin iştirakçısı olmağa hazırdır.

Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənin inkişafı naminə ardıcıl siyasətinizdə böyük uğurlar arzulayır, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə gözəl həyat, firavanlıq, sülh və tərəqqi diləyirik".

Palmali Şirkətlər Qrupunun sədri Mübariz Mənsimovdan: "Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi Palmali Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu şəksiz qələbə bütün Azərbaycan xalqının qələbəsidir.

Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının qələbəsidir. Bu qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir.

Bu böyük qələbə ulu öndər Heydər Əliyev fəlsəfəsinin təntənəsidir.

Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, Palmalidə çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq. Güclü və firavan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

"Konsolideyted Kontraktors İnterneyşnl Kompani (CCC)" şirkətinin Monqolustan və MDB ölkələrində biznesin inkişafı üzrə icraçı direktoru Juan Bulosdan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "Konsolideyted Kontraktors İnterneyşnl Kompani (CCC)" şirkətinin Azərbaycan nümayəndəliyi adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram".

Şimali Kiprin Yaxın Doğu Universitetinin qurucu rektoru Dr. Suat İ.Günseldən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi ürəkdən sevindirmişdir.

Əminik ki, demokratik, dünyəvi və sosial-hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Sizin liderliyinizlə daha böyük nailiyyətlər qazanacaqdır.

Ali dövləti vəzifənizdə Sizə daha böyük nailiyyətlər arzu edirəm".

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət heyətinin sədri İsmayıl Berdiyevdən: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və xalqınızı Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından səmimi qəlbdən təbrik edirəm.

Bütün dünya İslam dininin mövqelərinin möhkəmlənməsi, Azərbaycanın çiçəklənməsi üçün Sizin həqiqətən böyük işlər gördüyünüzü bilir. Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Sizin seçkilərdə parlaq qələbəniz Vətən naminə əməyinizə verilən layiqli qiymət oldu. Mərhəmətli Tanrıdan Sizə ən böyük nemətlər diləyirəm.

İmanınız kamil olsun, Böyük Yaradan nəcib məqsədlərinizin həyata keçməsində Sizə kömək etsin.

Sizə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".

Tailand Krallığının Baş naziri Xanım Yinqlak Şinavatradan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan möhkəm inamının əyani göstəricisidir.

Əminəm ki, Tailand ilə Azərbaycan arasında əlaqələr və dostluq münasibətləri hakimiyyətdə olacağınız növbəti dövrdə də inkişaf edəcəkdir. Xalqlarımız arasındakı qarşılıqlı səmərəli əməkdaşlığı bütün sahələrdə möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaqdan məmnunam. Azərbaycanı daha firavan gələcəyə aparmaq işində Sizə uğurlar arzu edirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin".

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü Rida T.R. Kabanilladan: "Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının və onun ABŞ kimi müttəfiqlərinin də qələbəsidir. Bu seçkilər Azərbaycanda demokratiyanın inkişafının növbəti mühüm mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərirlər. Biz Azərbaycanın Birləşmiş Ştatlara sülhyaratma əməliyyatlarında və Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm dəstəyini yüksək qiymətləndiririk.

ABŞ və Azərbaycanı müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir.

Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.

Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq".

ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti Kamal Öksüzdən: "Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Azərbaycanın Dostları Assambleyası adından təbrik edirəm. Bu seçkilər Azərbaycan Respublikasında demokratiyanın inkişafı uğrunda növbəti mühüm mərhələ olmuşdur.

Azərbaycan və ABŞ-ı birgə strateji maraqlar birləşdirir. Bir amerikalı kimi, Azərbaycanın ABŞ-ın Əfqanıstan və İraqda həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirirəm. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Azərbaycan bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. ABŞ və avropalı müttəfiqlərimiz bu məsələdə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti, Türkiyə Otel, Restoran və İstirahət yerləri İşçiləri Həmkarlar İttifaqının sədri Cemail Bakındıdan: "Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizin "bir millət, iki dövlət" olaraq Azərbaycan və Türkiyə xalqları üçün xeyirli olmasını diləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm".

Kanada, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevdən: "Yenidən Prezident seçilməyiniz münasibətilə Kanadanın Monreal şəhərinin Azərbaycan icmasının adından Sizi təbrik edirəm.

Sizi növbəti dəfə Prezident seçməklə Azərbaycan xalqı öz müdrikliyini və siyasi zəkasını bir daha nümayiş etdirdi. Bu seçimlə xalqımız sübut etdi ki, bütün dünya Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətə inanır və etibar edir. Biz, Kanada azərbaycanlıları bu etibarı bölüşürük və inanırıq ki, növbəti beş ildə də xalqımızın yeni nailiyyətlərinin şahidi olacağıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yaxın gələcəkdə Qarabağ problemini həll edəcəkdir.

Cənab Prezident, Sizə və Azərbaycan xalqına yeni tarixi nailiyyətlər arzu edirik".

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedovdan: "Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Qazaxıstan Azərbaycanlıları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu, Azərbaycan xalqının Sizə olan inamı, dövlətçiliyimizin, milli dəyərlərimizin möhkəmlənməsi və inkişafı yolunda əvəzsiz xidmətlərinizin və yorulmaz fəaliyyətinizin təsdiqidir. Bu seçkilər xalqın Sizə olan inamını, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsinə dəstəyini bir daha nümayiş etdirdi.

Qazaxıstanda yaşayan azərbaycanlılar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti kimi Siz bundan sonra da Qazaxıstan və Azərbaycan xalqları arasında qardaşlıq, dostluq münasibətlərinin daha da dərinləşməsi və güclənməsi üçün səylərinizi davam etdirəcəksiniz.

Sizə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün təmin olunması, sülh və sabitliyin davam etdirilməsi, xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzu edirəm".

Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Rusiya Federasiyasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən: "Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz həmvətənlərinizin Sizə yüksək etimad göstərməsini və Azərbaycan Respublikasının müstəqil, demokratik, müasir dövlət kimi inkişaf kursunun dəstəkləməsini, əmin-amanlığın, sülhün və vətəndaşların firavanlığının respublika rəhbərliyi üçün ən mühüm vəzifələr olmasını təsdiq edir.

Son illər ərzində Azərbaycanda həyatın sosial-iqtisadi və siyasi sahələrinin inkişafı üçün çox işlər görülmüşdür və görüləcəkdir. Əminəm ki, qarşıdakı bütün müsbət dəyişikliklər və islahatlar Azərbaycan və Rusiya xalqları arasında qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali dövləti vəzifənizdə Azərbaycan Respublikası xalqının rifahı naminə yeni uğurlar diləyirəm. Sizə və yaxınlarınıza əmin-amanlıq arzulayıram".

Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvilidən: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı adından səmimi qəlbdən təbrik edirik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza firavanlıq arzulayırıq".

Moskva Dağ Yəhudiləri İcmasının idarə heyətinin sədri Arif Rəhimovdan: "Əslən Cənubi və Şimali Qafqazdan olan dağ yəhudilərini öz sıralarında birləşdirən Moskva Dağ Yəhudiləri İcması yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını təbrik edir. Siz ölkədə yaşayan bütün xalqların nəzərində sülhün, sabitliyin və hüquq bərabərliyinin qarantısınız.

Doğma Azərbaycanın firavanlığı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayırıq".

Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosdan: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə Prezidentliyinizin növbəti mərhələsində də uğurlar diləyir, Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm".

Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Sloveniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkənizin yüksək inkişafının şahidi olduq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunuq. Əminik ki, bu inkişaf xalqlarımızın rifahı naminə Sizin hakimiyyətinizin növbəti dövründə də güclənərək, yeni sahələri əhatə edəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir və ən səmimi ehtiramlarımı çatdırıram".

Rusiya Federasiyası Yekaterinburq şəhərinin başçısı - Yekaterinburq Şəhər Dumasının sədri Yevgeni Royzmandan: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Yekaterinburq sakinləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ali dövləti vəzifənizin növbəti dönəmində də Azərbaycan Respublikası sürətli inkişafını davam etdirəcəkdir.

Biz Yekaterinburq şəhəri ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ikitərəfli dialoqumuz davam edəcək, əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, bütün planlarınızın uğurla həyata keçməsini, Azərbaycan vətəndaşlarına sülh və əmin-amanlıq arzulayıram".

Moskvadakı "SitiMed" klinikalar şəbəkəsinin baş direktoru Ənvər Həmidovdan: "Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirik.

Sizə möhkəm cansağlığı, Azərbaycana Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi arzulayırıq".

Türkiyə Böyük Millət Məclisinin Trabzondan millət vəkili Əli Naci Tuncerdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin Prezidentliyinizin növbəti dönəmində də Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, dili, dini, adət-ənənələri bir olan xalqlarımızın rifahı yüksələcəkdir.

Mərhəmətli Allahdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.

Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin".

Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti idarə heyətinin sədri Murat Bakırdan: "Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da bu arzusunu böyük fədakarlıqlar və əvəzsiz itkilər hesabına həyata keçirməyə nail olmuşdur. Azərbaycan dövlətinin qazandığı uğurlar, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi və sülhsevər bir ölkə kimi tanınması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.

Bu gün Ümummilli Liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Zati-alinizin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, dost və qardaş Türkiyə Respublikası başda olmaqla region və digər dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında qarşılıqlı iqtisadi-siyasi, sosial mədəni əlaqələr gündən-günə genişlənir və inkişaf edir.

Cənab Prezident, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB-ın üzvləri adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır".

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadədən: "İlk növbədə biz, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edir və buna çox sevindiyimizi bildiririk. Biz, Sizə - hörmətli Azərbaycan Prezidentinə dünya azərbaycanlılarının möhkəm arxası, ümidi və sevimlisi olan bir rəhbər kimi həmişə inanmışıq, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyiniz qayğı və diqqətə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Gürcüstanda çalışan azərbaycanlı jurnalistlər bildirirlər ki, Sizin prezident seçkilərində ədalətlə, azad və şəffaf, demokratik və beynəlxalq standartlara uyğun parlaq qələbə qazanmağınız doğma Azərbaycanımızın, eyni zamanda, doğulduğu və məskunlaşdığı yerdən asılı olmayaraq harada yaşasalar da - azərbaycanlıların uğurlu gələcəyidir.

Hörmətli Prezident, əminik ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət biz azərbaycanlıların xoşbəxt gələcəyini həmişəlik təmin edəcəkdir. Biz jurnalistlər də bu həqiqətə həmişə inanmışıq və biz öz məqsədyönlü fəaliyyətimizlə Azərbaycan həqiqətlərini, onun Prezidentinin siyasi kursunu dəstəkləyir və təbliğ edirik.

Bu il keçirilən 9 oktyabr prezident seçkiləri də tarixə qızıl hərflərlə yazıldı. Biz jurnalistlərin istəyi odur ki, Sizin rəhbərliyiniz ilə Dağlıq Qarabağ problemi də birdəfəlik həll edilsin və Azərbaycanın bu yolda qələbəsi də tarixə qızıl hərflərlə yazılsın. Biz Sizin apardığınız müdrik siyasətin uğur qazanacağına inanırıq. Əminik ki, Azərbaycan qüdrətli və çiçəklənən bir ölkə kimi bu ağrılı problemi həll edəcəkdir.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, xalqımıza gözaydınlığı verir və qeyd edirik ki, Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz, Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlər Sizin uğurlarınıza həmişə sevinir, möhtəşəm və məqsədyönlü fəaliyyətinizdən qürur hissi duyuruq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailovadan: "Avropa Azərbaycanlıları Konqresi Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.

Məhz bu seçkilərin nəticəsi qarşıdan gələn beş ildə Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcəkdir. Ölkəmizdə gedən müsbət proseslər təbii ki, Azərbaycan diasporunun da həyat və fəaliyyətində, ruh və mənəviyyatında əks olunacaqdır.

Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyiniz ilə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər - Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyanın müsbət nailiyyətlərini əks etdirərək, Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir.

Bu müvəffəqiyyətlər sözsüz ki, şəxsən Sizin, cənab Prezident, böyük səyiniz nəticəsində əldə edilmişdir. Zati-aliləri, Siz qloballaşma dövründə, Cənubi Qafqaz regionundakı mürəkkəb siyasi şəraitdə Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Azərbaycanı düşünülmüş inkişaf yolu ilə daim irəliyə aparmısınız.

Məhz Sizin rəhbərliyiniz ilə diaspor quruculuğu, azərbaycançılıq ideyası uğurla inkişaf etmiş və geniş vüsət almışdır.

Hörmətli Prezident, Sizi bir daha tarixi qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımızın parlaq gələcəyi, Avropa məkanına sürətli inteqrasiyası naminə apardığınız siyasətdə müvəffəqiyyətlər arzu edirik. Biz Sizinlə fəxr edirik".

Oslo Azərbaycan Evi-nin təsisçisi və sədri, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və baş katibi, Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Ramil Əliyevdən: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi öz adımdan, Norveç Krallığında yaşayan azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız adından təbrik edir, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Mütləq səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz həm xaricdə yaşayan azərbaycanlılar, həm də xalq arasında yüksək nüfuzunuzun olduğunu bütün dünyaya təsdiqlədi. Əminik ki, Prezidentliyinizin növbəti beş ilində də Norveç və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsi və genişlənməsi işinə dəstək verəcəksiniz.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə