"Dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsi bilavasitə vətəndaş cəmiyyətinin inkişafına yönəlib. Dövlət bunda maraqlıdır ki, informasiya azadlığı təmin edilsin, insanlar sərbəst şəkildə fikirləni ifadə edə bilsinlər. Təsadüfi deyil ki, Azərbaycan bu sahədə böyük uğurlar qazanıb. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxalifətçilərin dedikləri isə populizmdən başqa bir şey deyil". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva bildirib.
Müsavat və AXCP-nin partiya kimi sadəcə adının olduğunu, heç bir fəaliyyətinin olmadığını deyən millət vəkili qeyd edib ki, sosial baza olmadan dövlətdən maliyyə tələb etmək heç bir siyasi mübarizə yolu deyil: "Bu partiyaların elektoratı yoxdur, onlara partiya demək də düz deyil, sosial bazadan tamamilə məhrumdurlar. Əgər belə deyilsə, Müsavat və AXCP öz üzvlərinin sayını açıqlasın. Əgər özləri dedikləri kimi, minlərlə üzvləri varsa, bəs nə üçün Milli Məcslisdə bir deputatla belə təmsil oluna bilmirlər? Çünki bu sadəcə onları zəifliyinin nətisəsidir, günahkar da özləridir. Populist bəyanatlarla isə dövlətdən maliyyə tələb etmək məntiqsizlikdir. Necə ola bilər ki, sosial bazan olmasın, parlamentdə təmsil olunmayasan, amma dövlətdən maliyyə istəyəsən. Onlar heç seçkilərdə müəyyən olunan kçik faizlik baryeri keçə bilmirlər".
Millət vəkili A.Mustafayeva Ermənistandakı iğtişaşlara da münasibət bildirərək qeyd edib ki, Ermənistan rəhbərliyində erməni xalqına qarşı çıxan şəxslər təmsil olunur: "Xalq Sarkisyan rejimini istəmir, ona görə də nümayişlər baş verir. Nəticədə isə Ermənistan rəhbərliyi real addımlar atmaq əvəzinə həbslər həyata keçirir, insanları öldürülür, dövlət səviyyəsində sui-qəsdlər hazırlanır. Təəssüflər olsun ki, beynəlxalq qurumlar Ermənistandakı bu duruma münasibət bildirmirlər. Bu, ikili stadartların açıq nümayişidir. İnsanları küçələrə çıxmağa vadar edən Sarkisyan rejimi xalqını uçuruma aparır, artıq geriyə dönüş də yoxdur".
Çörək pulundan ötrü ermənilərin ölkəni tərk etdiyini deyən millət vəkili onu da əlavə edib ki, bütün bu iğtişaşlar gözlənilən idi: "Ermənistan xalqının bu qədər dözümünə təəccüb edirəm. Ancaq proseslər gözləyir ki, öz xalqına zülm edən Ermənistan rəhbərliyinin sonuna çox qalmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB