Politoloq: “Bu səfər də digərləri kmi sıradan bir səfər olacaq” MÜNASİBƏT

“Yalnız ATƏT-in Minsk Qrupunun tərkibində dəyişikliklər olarsa, o zaman bu istiqamətdə irəli addımlar atıla bilər”.
Politoloq: “Bu səfər də digərləri kmi sıradan bir səfər olacaq” MÜNASİBƏT

"ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə də yeni təkliflə gəlməyiblər". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu həmsədrlərin ölkəmizə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, münaqişə ilə bağlı tərəflərin mövqeləri ortadadır.

Onun sözlərinə görə, Azərbaycan problemin dinc yolla həll olunmasının tərəfdarı olsa da, Ermənistan münaqişənin həllini uzatmağa çalışır: "Ermənistan müxtəlif qüvvələrin, maraqlarına uyğun addm atmaqla status-kvonu saxlamağa çalışır. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu vəziyyəti görsələr də, bunun qarşısının alınması istiqamətində heç bir addım atmırlar. Ən azından bu istiqamətdə ideya belə ortaya qoymurlar. Ona görə də düşünürəm ki, bu səfər də digərləri kmi sıradan bir səfər olacaq. Münaqişənin həlli istiqamətində hər hansı bir dəyişiklik olmayacaq. Yalnız ATƏT-in Minsk Qrupunun tərkibində dəyişikliklər olarsa, o zaman bu istiqamətdə irəli addımlar atıla bilər".

E.Mirbəşiroğlu həmçinin bildirib ki, həmsədrlərin ölkəmizə səfərinin əsasında prezidentlər səviyyəsində görüşün təşkil edilməsi dayanır: "Uzun müddətdir ki, görüşlər keçirilmir. Bu baxımdan prezidentlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz mövqeyini bəyan edəcək. Lakin düşünmürəm ki, Ermənistan problemin həlli ilə bağlı irəli addım atsın".

Bütün xəbərlər Facebook səhifəmizdə