Azay Quliyevin Orxan Zeynalovala bağlı müraciəti cavabsız qalmadı
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib. Müraciətdə məişət zəminində baş verən bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə edilib.
Şuradan SİA-ya verilən xəbərə görə, bu günlərdə İctimai Palatanın sədri Y. P. Velixov müraciəti cavablandırıb. O, cavab məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranan vəziyyətdən çox narahatdır. Bununla əlaqədar İctimai Palata Rusiyanın Daxili İşlər Naziri V.A. Kolokolçevə və Baş Prakror Y.Y.Çaykaya müraciət edib.
Y. Velixov qeyd edib ki, baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB