Zahid Qaralov: “Azərbaycan beynəlxalq tədbirlər keçirməklə inteqrasiya edir”

Zahid Qaralov: “Azərbaycan beynəlxalq tədbirlər keçirməklə inteqrasiya edir”

"III Bakı Humanitar Formunun Bakıda keçirilməsini çox yüksək qiymətləndirirəm və bunu ən böyük təşəbbüslərdən biri hesab edirəm". Buni SİA-ya Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi ilk gündən indiyədək dövlətimiz bir sıra beynəlxalq tədbirlərin təşkilatçısı olub: "Bu tədbirlər, istər Prezident səviyyəsində, istər ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu xətti ilə, istərsə də beynəlxalq aləmdə Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Beynəlxalq toplantılar zamanı gələn qonaqlar həm Azərbaycan təcrübəsini öyrənirlər, həm də xarici təcrübə bizlər tərəfindən mənimsənilir. Bütün tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bir çox beynəlxalq tədbirlərdə iştirak nəticəsində belə qənaətə gəlmişəm ki, müxtəlif ölkələrdə toplanmış təcrübələrin Azərbaycanda yayılması, o cümlədən ölkəmizin insan fəaliyyətinin bütün sahələrində əldə etdiyi nailiyyətlərin müzakirəsi hər bir tərəf üçün böyük ideyalar verir. Hər bir görüş ideya mübadiləsidir. Bununda hər bir şəxs, təşkilat və dövlət üçün çox böyük əhəmiyyəti var".

Z.Qaralov bildirib ki, Azərbaycan belə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə dünya mədəniyyətinə, iqtisadiyyatına inteqrasiya edir: "Bu inteqrasiya bəşəriyyətin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Dünyada ümumbəşəri problemlər çoxdur. Bəşəriyyət üçün elə problemlər var ki, çox təhlükəlidir. Bu problemlərin aradan qaldırılması üçün belə beynəlxalq tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə