Amil Cavadov: “Artıq müxalifətə öz ətraflarında da inam yoxdur” MÜNASİBƏT

Amil Cavadov: “Artıq müxalifətə öz ətraflarında da inam yoxdur” MÜNASİBƏT

"Radikal müxalifət liderlərinin cəmləşdiyi "Milli Şura"da baş verən fikir ayrılıqları, Müsavat Partiyasında İsa Qəmbərin uğursuzluqlarından can qurtarmaq üçün başqanlıqdan getmə tələbləri, eyni zamanda şuranın keçirdiyi uğursuz aksiya artıq bu "qüvvələrin" iflasından xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov müxalifətin oktyabrın 27-dəki növbəti uğursuz aksiyasına münasibət bildirərkən deyib.

Amil Cavdovun sözlərinə görə, bütün bu olanlar gözlənilən idi: " Çünki xalqın dəstəyini ala bilməyən hər hansı bir qüvvə uzun zaman yaşamaq iqtidarında deyil. Bunların da müxtəlif vaxtlarda ayrı-ayrı adlarla yaratdıqları saxta birliklərinin mövcudluğunun uzun sürməmə səbəbi də məhz budur. Son olaraq yaratdıqları qondarma "Milli Şura"nın taleyi (eyni ssenari, eyni uğursuzluqlar) heç də bundan öncəkilərdən fərqlənmədi. Əgər biz sadə bir müqayisə aparıb "Milli Şura" yaranan zaman, orda təmsil olunan insanların sayını hal-hazırkı durumları ilə müqayisə etsək böyük bir fərqi görə bilərik. Təbii ki, bu da bir daha onu göstərir ki, artıq bunlara öz ətraflarında belə inam yoxdur. Bu inamsızlığın da ən yüksək göstəricisi bunların 27 oktyabrda keçirdikləri aksiyaları oldu. Bu aksiya sanki tez-bazar şəkil çəkdirib özlərini reklam etmək üçün təşkil olunmuşdu. Ora gələn insanların azlığı da "səs davası" edən radikal müxalifət liderlərinə bir daha onu göstərdi ki, onlara səs verən insanların sayı seçkinin son nəticələrində qeyd olunan göstəricidən artıq deyildi. Bu da müxalifətin tutduğu radikal mövqedən çəkinməsi üçün çox böyük mesaj oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə