"Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" kitabının təqdimatı olub
Azərbaycan Respublikası Prezidenti yanında Starteji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması və inkişaf perespektivləri)" adlı yeni kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov kitab haqqında fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşüb: "Beş fəsildən ibarət bu nəşrdə SAM-ın apardığı və Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı"nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilib. Kitabın hazırlanmasında əsas məqsəd ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi təlabata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin eməkdir".
Daha sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, kitabın müəllifləri SAM-ın direktoru Fərhad Məmmədov və Tahirə Allahyarova, elmi redaktor və önsözünün məllifi isə siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB