Ermənistanda yaranmış sosial-iqtisadi vəziyyətin ağırlığı, korrupsiya hallarının tüğyan etməsi, varlanmaq ehtiraslı daha da artmış dövlət rəsmlərinin özbaşınalığı sayəsində ermənilərin öz ölkələrini tərk etmələrinin kütləvi şəkil alması əhalinin demoqrafiyasına ciddi təsir göstərib. Dövlət rəsmlərinin Ermənistanda əhalinin sayının azaldığını gizlətmək səylərinə baxmayaraq yerli mətbuat artıq bu faktı açıqlayıb.
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 27 oktyabr nömrəsində Ermənistan əhalisinin sayı barədə məlumat yerləşdirib. Məlumatda deyilir ki, Ermənistan əhalisinin sayı barədə ölkənin dövlət statistika xidməti ilə polisin məlumatı arasında çox böyük uyğunsuzluq vardır. Əgər iki il bundan əvvəl Ermənistanda 3 milyon 200 min adamın yaşadığı bildirilirdisə, bu gün onların sayı zorla 2 milyona çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB