Mais Səfərli: “Cəmil Həsənli müxalifət liderlərinin toruna düşüb” AÇIQLAMA
"Müxalifətin canfəşanlığına gəlincə deyə bilərəm ki, Cəmil Həsənli müxalifət liderlərinin toruna düşüb. Həmin liderlər seçkilərdə Cəmil Həsənlini önə verərək həm özlərini, həm də bu insanı pis vəziyyətdə qoyublar. Hesab edirəm ki, Cəmil Həsənlinin arxasında gizlənən liderlər istefaya getməlidirlər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli "Milli Şura" nın vahid namizədi Cəmil Həsənlinin Avropada keçirdiyi görüşlərə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, 9 oktyabrda keçirilən seçkilər onlar üçün sonuncu şans idi: "Hesab edirəm ki, Cəmil Həsənlinin Avropada keçirdiyi görüşlər, onun davranış xətti ilə Azərbaycanın milli maraqlarına heç cürə uyğun gəlmir. Hər kəs bilir ki, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyev böyük səs çoxluğu ilə növbəti 5 il üçün də Azərbaycan Respublikasının Prezidenti seçilib. Hətta bu, dünya birliyi tərəfindən də qəbul olunub. Avropa və Amerika Birləşmiş Ştatlarında (ABŞ) bəzi siyasi dairələr cənab İlham Əliyevin apardığı müstəqil siyasətdən qısqanclıq duyur, ölkəmizin müstəqil siyasət aparması ilə barışa bilmirlər. Məhz buna görə də həmin dairələr ölkəmizə qarşı təzyiqlər etmək üçün seçkilərə kölgə salmağa cəhd göstərdilər və qeyri-obyektiv, gerçəkliyə uyğun olmayan bəyanat verdilər. Amma nəticədə həmin bəyanatları onların özlərindən başqa heç kim qəbul etmədi. Həmin siyasi qüvvələr son variant kimi, hətta Azərbaycan müxalifətindən də yararlanmağa çalışır və onların əli ilə ölkəmizdə qarşıdurmalar yaratmaq istəyirlər. Lakin onlar bu cür vasitələrlə ölkəmizi öz yolundan döndərə bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB