Səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər nəzərdə tutulub
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib. Dünən baş tutan səfərdə məqsəd Azərbaycanın rəsmi şəxsləri ilə görüşmək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların dinamikliyini artırmaqdır.
Qeyd edək ki, noyabrın əvvəllərində isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərinin davamı, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məqsədilə bölgəyə səfər etməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB