Sərraf Balaxan: “Əminik ki, İlham Əliyev növbəti 5 ildə də ölkəmizə uğurla rəhbərlik edəcək” AÇIQLAMA

Sərraf Balaxan: “Əminik ki, İlham Əliyev növbəti 5 ildə də ölkəmizə uğurla rəhbərlik edəcək” AÇIQLAMA

"Azərbaycan Respublikasının Konstitusiyasının birinci maddəsinin birinci bəndində vurğulanan "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" sözləri ölkəmizin ən ali qanununda xalqın iradəsinə verilən önəmin göstəricisidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan 9 oktyabr prezident seçkilərində qələbə qazanmış İlham Heydər oğlu Əliyevin andiçmə mərasiminə münasibət bildirərkən deyib.

YAP GB Ofisinin rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı bu müstəsna səlahiyyətindən istifadə edərək bu dəfəki prezident seçkilərində də öz qətiyyətini və iradəsini ortaya qoyaraq, ölkəmizdə görülən işlərə, əldə edilən uğurlara, beynəlxalq nailiyyətlərə davam dedi: "Azərbaycan xalqı 10 ildir ki, Azərbaycana ləyaqətlə xidmət edən cənab İlham Əliyevə böyük etimad göstərdi. Bununla xalqımız həm də Ulu Öndər Heydər Əliyevin milli siyasət strategiyasına, azərbaycançılıq məfkurəsinə ehtiramını ifadə etdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı verdiyi qərar, təkcə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi təsdiqlənməsi deyil, həm də xalqın iradəsinə hörmətin göstəricisi, Azərbaycanın gələcək uğurlarına olan inamın ifadəsi idi. Məhkəmənin verdiyi qərardan sonra möhtərəm cənab İlham Əliyev Azərbaycan xalqı və dünya ictimaiyyətinin nümayəndələri qarşısında növbəti dəfə and içdi. 10 il bundan öncə cənab İlham Əliyev Prezident səlahiyyətlərinin icrasına başlamaqla bağlı and içərkən hər bir azərbaycanlının prezidenti olacağına, Azərbaycanı daha böyük uğurlara aparacağına söz vermişdi. Bu gün deyilən sözlərin, verilən vədlərin hər biri artıq reallaşıb. Azərbaycan dövləti bütün sahələrdə (həm daxili, həm də xarici siyasətdə) öz gücünü artırıb və beynəlxalq aləmdə misilsiz uğurlar qazanıb".

"Mən bir gənc kimi, əminəm ki, cənab İlham Əliyev növbəti 5 ildə də ölkəmizə uğurla rəhbərlik edəcək, xalqımızı dünyanın ən uca kürsülərində ləyaqətlə və şərəflə təmsil edəcək: "Azərbaycanı qarşıdakı 5 ildə böyük uğurlar gözləyir, böyük qələbələr gözləyir. Biz bu qələbələrə təkcə şahidlik etməyəcəyik, həm də onların qazanılmasında cənab İlham Əliyevin ən yaxın dəstəkçisi olacayıq. Atdığımız hər bir addımda cənab İlham Əliyevin biz gənclərə olan inam və etimadını doğrultmağa çalışacayıq!"- deyə, Sərraf Balaxan sözlərinə əlavə edib.

O, prezident seçkilərində qazanılan bu qələbəni bütün Azərbaycan xalqının qələbəsi hesab edərək, möhtərəm cənab İlham Əliyevə növbəti prezidentliyi müddətində uğurlar və nailiyyətlər arzulayıb: "Mən atılan hər bir addımda cənab Prezidentə biz gənclərin dəstək verəcəyini, Azərbaycanın bayrağını ucalarda tutmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizi ifadə edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə