Hafiz Hacıyev: “Müasir Müsavat Partiyası müxalifəti daş-qalaq edəcək” AÇIQLAMA
"Hesab edirəm ki, Cəmil Həsənli Avropaya səfəri çərçivəsində ermənidən olan nəvələrinin yanına gedib. Bu insan həmin səfəri özlüyündə Avropa turnesi hesab edir. Məndə olan məlumata görə, onun nəvələri Avropada xəstəliyə düçar olub və Cəmil Həsənli onlara baş çəkməyə yollanıb". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Demokratik Qüvvələrin "Milli Şura"sının vahid namizədi Cəmil Həsənlinin Avropaya səfəri çərçivəsində keçirdiyi görüşlərə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, bu insanlar satqındır: "Mən bunu dəfələrlə teledebatlarda da onun üzünə demişəm. Düşünürəm ki, onun haqqında fakta söykənən fikirlərim də cəmiyyət tərəfindən müsbət əhval-ruhiyyə ilə qarşılanıb. Bu insanlar sadəcə olaraq xarici himayədarlarına güvənərək, Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. Mən hələ də Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyini aydın başa düşə bilmirəm. Əgər ABŞ ədalət carçısıdırsa, BMT-nin Dağlıq Qarabağ haqqında dörd qətnaməsini yerinə yetirsin. Bu zaman biz ABŞ-ın dedikləri ilə oturub-dura bilərik. Yox əgər Amerika Azərbaycanda nəyəsə nail olmaq üçün ölkəmizdə satqın dəstəsi saxlayırsa, biz də qəti şəkildə öz mövqeyimizi ortaya qoyacayıq. Həmin dövlətlərin ağlı varsa, Cəmil Həsənli kimi erməni qaynatasının, satqının və Kərimov Əli kimi azlıqların diktəsi ilə hərəkət etməzdilər. Təbii ki, sonda onlar uduzacaqlar".
Hafız Hacıyev bildirib ki, əgər müxalifət yenidən küçələrə çıxıb aksiya keçirməyə cəhd edərsə, Müasir Müsavat Partiyası (MMP) onlardan ikiqat artıq insanları küçələrə dəvət edərək, müxalifəti daş-qalaq edəcək: "Mən onlara xəbərdarlıq edirəm ki, ağıllarını başlarına yığsınlar. Onlar bilməlidirlər ki, nə qədər ki Hafiz Hacıyev Azərbaycandadır, müxalifətin burada yeri yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB