Rasim Musabəyov: “Orxan Zeynalova yaxşı vəkil lazımdır” AÇIQLAMA

Rasim Musabəyov: “Orxan Zeynalova yaxşı vəkil lazımdır” AÇIQLAMA

"25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov konkret olaraq, Azərbaycan vətəndaşıdır. Bu insan cinayət törətsə belə, onun hüquqları var. Bu mənada hesab edirəm ki, onun bu hüquqlarını müdafiə etmək lazımdır". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov məlum hadisəyə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Orxan Zeynalovun hüquqların müdafiəsi üçün ona güclü vəkil lazımdır: "Hətta bu məsələyə Azərbaycanın Rusiyadakı səfirliyi də öz reaksiyasını bildirib. Hesab edirəm ki, Orxan Zeynalovun cinayət hadisəsindən şou düzəltmək və insanları faşizm əhval-ruhiyyəsinə sövq etmək yolverilməzdir. Düşünürəm ki, bu davamlı xarakter alsa, Azərbaycan-Rusiya münasibətlərinə zərər dəyəcək. Moskvada hər gün 3-4 nəfər insan qətlə yetirilir. Bu zaman sual olunur. Bəs həmin cinayətkarlar nazirin hüzuruna gətirilirmi? Bu insanlar sadəcə olaraq özləri üçün ucuz bir təbliğatla məşğuldurlar".

Qeyd edək ki, oktyabrın 15-də Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılaraq istintaqa cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə