Kristina Oyuland: "AŞPA və Avropa Parlamenti seçkilərdən razıdır"

Kristina Oyuland: "AŞPA və Avropa Parlamenti seçkilərdən razıdır"

Avropa Parlamentinin üzvü xanım Kristina Oyuland seçkilərlə bağlı Müstəqil Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Kristina Oyuland AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının bəyanatını dəstəklədiyini bildirib: "Adıçəkilən qurumlar hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib. Mən də tamamilə bu fikirdəyəm. Çünki ölkənizdə keçirilən prezident seçkilərində artıq 3-cü dəfədir ki, müşahidəçi qismində iştirak edirəm və Avropa Parlamenti olaraq biz artıq qəbul etməliyik ki, 10 il ərzində Azərbaycan demokratik inkişaf yolu keçib".

Kristina Oyuland seçkilərdə mətbuatın aktiv iştirakını da diqqətə çatdırıb: "Beynəlxalq müşahidələr üçün vacib məsələlərdən biri də budur ki, seçki zamanı internet pulsuz idi. Hər kəsin internetə sərbəst çıxışı var idi və bununla hər bir vətəndaş seçkilərlə bağlı öz fikrini səsləndirə bilirdi. Düşünürəm ki, gələcəkdə də Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edəcəyik və sosial şəbəkələrdə bu sahədə aktivlik özünü daha çox biruzə verəcək. Seçki prosesi zamanı tənqidi fikirlər səsləndirən insanlara demək istəyirəm ki, Azərbaycan Finlandiya deyil. Hər kəsin öz seçki prinsipi və qaydaları var. Azərbaycanın seçki prosesi isə bizi qane edir. Cənab İlham Əliyevi yenidən prezident seçilməsi, Azərbaycan xalqını isə seçkilərin şəffaf və sülh şəraitində keçməsi münasibətilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə