Parlaq qələbənin bayram-mitinqi keçirildi FOTOLAR

Parlaq qələbənin bayram-mitinqi keçirildi FOTOLAR

Bu gün yüksək seçici fəallığı ilə başa çatan prezident seçkiləri Xalq-İlham Əliyev birliyinin qələbəsi ilə nəticələndi. Təbii ki, bu qələbə gözlənilən idi. Çünki Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, xalqın sosila rifah halı daha da yaxşılaşmışdır. Bu uğurların davam etdirilməsi üçün xalqın dəstəyi vacib idi ki, bu dəstək də bu gün keçirilən prezident seçkilərində həyata keçirildi. Parlaq qələbəni YAP-ın Mərkəzi Qərargahı önündə - Sahil bağında mitinq-konsert keçirtməklə qeyd olundu. Fürsətdən istifadə edib xoş duyğular, sevincli anlar yaşayan mitinq iştirakçıları ilə seçkilərin nəticələrini bölüşdük:

Zabit Aslanov,

Bakı şəhər sakini, müəllim:

- Biz çox sevinirik ki, YAP-ın namizədi qələbə qazandı. Çünki O, xalqın Lideridir. Xalq Cənab İlham Əliyevə inanır və növbəti 5 ildə də Prezident kimi görmək istədi. Məhz buna görə də millətimiz səsvermə məntəqələrinə gedərək YAP-ın namizədinə səs verdi. Hər birimiz çox şadıq. Çox məmnunuq. Hər kəsi təbrik edirəm. İnanıram ki, mənim kimi hər bir vətəndaş çox sevinir.

Camal Quliyev,

müəllim:

- İnanın, sevincimin həddi-hüdudu yoxdur. Mən çox sevinirəm. Sevinirəm ki, Möhtərəm İlham Əliyev yenidən Prezident seçildi. Bu xalqın qələbəsidir. Bu hər bir azərbaycanlının qələbəsidir. Mən Azərbaycan xalqını təbrik edirəm. Xalq yenə də "İlhamla İrəli" dedi. Xalqımız Cənab İlham Əliyevi çox sevir, Ona inanır. Bunun bariz nümunəsi budur ki, vətəndaşlar yenə də YAP-ın namizədinə səs verdilər və ona güvəndiklərini, inandıqlarını bildirdilər.

Leyla Əmiraslanova, Bakı şəhər sakini:

- Yaşasın Cənab İlham Əliyev! Biz hamımız sevinirik. Sevinc göz yaşları tökürük. Çünki bizim Liderimiz yenidən qələbə qazandı. Azərbaycan yenə də əmin əllərdədir. Azərbaycan yenə də Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə irəliləyəcək. Çünki Ümummilli Liderimizin layiqli davamçısı bir daha Azərbaycan Respublikasının Prezidenti seçildi. Hər kəsi təbrik edirəm. Prezidentimizə uğurlar arzulayıram.

Ofelya Kərimova,

səhiyyə işçisi:

- Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də doğru qərar verdi. Xalq bir daha Möhtərəm İlham Əliyevə inandığını sübut etdi. Hər kəs seçki məntəqələrinə gedərək Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oldu. Xalqın, vətənin uğurlu gələcəyi yalnız və yalnız Cənab İlham Əliyevlədir. Azərbaycan xalqı müdrik xalqdır və seçimini doğru, dürüst etdiyini bir daha sübut etmiş oldu.

Əli Kərimov,

tələbə:

- Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevi qələbə münasibəti ilə təbrik edirəm. Həmçinin, bütün Azərbaycan xalqını təbrik edirəm. Xalq doğru qərar verdi və doğru seçim etdi. Biz bundan sonra da Azərbaycanın parlaq gələcəyini Möhtərəm İlham Əliyelə görürük. Hər kəsi təbrik edirəm, uğurlar arzulayıram. Biz əminik ki, ölkəmiz bundan sonra da daha sürətli inkişaf edəcək. Çünki bizim növbəti 5 il üçün də Prezidentimiz uzaqgörən siyasətçi, müdrik insan olan Cənab İlham Əliyevdir.

Məhəmmədəli Quliyev,

Şəhər sakini:

- Azərbaycan xalqının gözü aydın olsun. Xalqımızın Lideri Cənab İlham Əliyev növbəti dəfə qələbə qazandı. Bununla da vətənimiz, xalqımız qələbə qazanmış oldu. Çünki qələbələrimizin səbəbkarı, ölkəmizin inkişafının banisi Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı Cənab İlham Əliyevdir. Azərbaycan xalqını təbrik edirəm. Eşq olsun xalqımıza. Millətimiz yenə də doğru seçim etdi. Möhtərəm İlham Əliyevə bütün fəaliyyəti boyunca uğurlar arzulayıram.

Qızbəz Xıdırova,

Bakı şəhər sakini:

- Mənim sevincimin həddi-hüdudu yoxdur. Çünki Cənab İlham Heydər oğlu Əliyev yenə də qələbə qazandı. Azərbaycanlıları təbrik edirəm. Ölkəmizdə hər zaman Ulu Öndər Heydər Əliyev kursu davam edəcək. Bu siyasi kurs bizləri daha böyük qələbələrə aparacaq. Çox şadiq, çox sevincliyik. Hər kəsi bu qələbə münasibəti ilə təbrik edirəm. Eşq olsun Ümummilli Liderin layiqli davamçısına. Biz hər zaman Onunlayıq.

İlqar Rəcəbov,

Müəllim:

- Biz buraya qələbə münasibəti ilə toplanşmışıq. Bu qələbə xalqın qələbəsidir. Çünki xalq özünün doğru seçimini edib. Xalq növbəti 5 ildə də Lideri olan Cənab İlham Əliyevə etimat göstərib. Bu o deməkdir ki, Azərbaycan xalqı Ümummilli Liderə və Onun layiqli davamçısına hər zaman sədaqətli olub, sədaqətlidir və sədaqətli olacaq. Mən Cənab İlham Əliyevə və xalqımızı ürəkdən təbriuk edirəm.

Şahid Ələsgərov,

Tələbə:

- Biz Cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və bunu bu gün xalqımız bir daha YAP-ın namizədinə səs verməklə sübut etmiş oldu. Mən hər kəsi təbrik edirəm. Möhtərəm İlham Əliyevi təbrik edirəm bu böyük qələbə münasibətilə. Azərbaycan xalqı özünün parlaq gələcəyinə səs vermiş oldu. Biz daha da böyük uğurlara imza atacayıq. Çünki növbəti 5 ildə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olacaq.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня