YAP müşahidəçilərinin bildirdiyinə görə: Cəlilabad rayonu 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 19 saylı məntəqəsində Müsavat Partiyasının üzvü Hacı Səfər oğlu Məmmədov 10 ədəd bülleteni götürüb qaçıb. Bu barədə MSK-ya məlumat verilib, şəxs axtarışdadır.
Seçkilərə iki gün qalmış SİA-nın əməkdaşları əldə etdikləri danılmaz faktlara əsaslanıb seçkilər zamanı Milli Şura tərəfdarlarının qanuna zidd əməllər törədəcəkləri barədə məlumat vermişdilər. Proqnozlar özünü doğruldub. Faktlara müraciət edək:
Xətai rayonu 34 saylı Xətai II-ci dairəsinin 7 saylı məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Yusif qızı Səlimova 4 ədəd seçki bülletenini götürüb qaytarmır, fakt MnSK-da protokollaşdırılıb.
Gəncə şəhər 40 saylı Kəpəz II-ci seçki dairəsi 13 saylı məntəqədə Milli Şuranın müşahidəçi Natiq Məcid oğlu Abdullayev şəxsiyyət vəsiqəsində atasının adı səhv qeyd olunduğu halda, həmin sənədlə səs verməyə israr edib. Akt tərtib olunaraq kənarlaşdırılıb.
Bundan başqa Binəqədi rayon 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 16 saylı məntəqəsində Tibb Universitetinin müxalif yönlü bir neçə tələbəsi qeydiyyatda olmadıqları halda məntəqəyə gələrək səs vermək istəyiblər. Onlara komissiya tərəfindən müvafiq izahat verilib.
Şəkidə 113 saylı Dairə Seçki Komissiyasının 9 saylı məntəqəsində AXCP-nin Şəki təşkilatının sədri Abdullayev Əli, 16 saylı seçki məntəqəsində isə AXCP üzvü Həsən Hüseynov Təbliğat apararaq seçkiyə gələn vətəndaşları namizəd Cəmil Həsənliyə səs verməyə dəvət edib.
Zərdabda isə 92 saylı Zərdab-Ucar seçki dairəsinin 3 saylı məntəqəsində Müsavat Partiyası Rayon Təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlu seçki məntəqəsində seçicilərin səsverməsinə və müşahidəçilərin fəaliyyətinə maneçilik yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB