Hacıqabulda seçki məntəqələri açılıb

Hacıqabulda seçki məntəqələri açılıb

Ölkənin Aran bölgəsində səhər saatlarından başlayaraq seçki hazırlıqlarına başlanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 3 saylı seçki məntəqəsində səhər saat 08:00-da əvvəlcə şəffaf qutular komissiya üzüvlərinin iştirakı ilə möhürlənib. Dövlət himninin səslənməsi ilə seçki məntəqəsi açıq elan olunub.

Məntəqəyə seçkini izləmək üçün Qazaxstandan olan müşahidəçi gəlib. Məntəqə sədri Ağalar Quliyevin verdiyi məlumata görə, ərazidə 1379 nəfər seçici vardır. Bunlardan 8 nəfəri çıxarış alaraq qeydiyyatdan çıxıblar. 10 və 11 saylı seçki məntəqələrində seçki başlayandan sonra seçicilərin aktivliyi, axın halda gəldiyi müşahidə olunub. Seçicilər sərbəst, rahat şəkildə səs verdiklərini, heç bir müdaxilə olmadığını yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində 42.250 seçici siyahıya alınıb. Dairə 46 məntəqəni əhatə edir. Məntəqələrdən 40-ı Hacıqabulda, 6-sı isə Kürdəmir rayonunda yerləşir. Bu gün keçirilən seçkilərdə ilk dəfə 1.592 nəfər, 80-100 yaş arasında 613 nəfər, 100 yaşdan yuxarı 14 nəfər iştirak edəcək.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə