Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 24 saylı Nizami Dairə Seçki Komissiyasının müəssisəsində yaradılan 32 saylı seçki məntəqəsinin 15 saylı cəzaçəkmə müəssisəsinin 635 məhbusu səs verib. Bu haqda SİA-ya məntəqənin sədri Məzahir Əhmədov məlumat verib: "Seçkidə heç bir qanun pozuntusu yaşanmayıb. 635 məhbusdan 231-i artıq öz səslərini verərək namizədini seçib. Digərləri də sıra ilə səslərini verirlər".
Məhbus Arif Kərimov da səsvermə haqda danışıb: "2000-ci ildən etibarən ilk dəfə MDB-də azərbaycanlı məhbuslar səs vermə hüququ qazanıblar. Mən də bir vətəndaş kimi səsvermədə iştirak edib öz namizədimi seçdim. Onu da deyim ki, seçkilər tam şəffaf formada keçirilir. Hamını bir nəfər kimi seçkidə səs verməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB