6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları səs verirlər

6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları səs verirlər

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 24 saylı Nizami Dairə Seçki Komissiyasının müəssisəsində yaradılan 31 saylı seçki məntəqəsinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları səs veriblər. SİA-nın verdiyi xəbərə görə, səhər saat 8:00-dan səsverməyə start verilib. Bu haqda 24 saylı Nizami Dairə Seçki Komissiyasının müəssisəsində yaradılan 31 saylı seçki məntəqəsinin sədri Ələkbərov Əli məlumat verib: "Prezident seçkilərində 1280 məhbusdan artıq 489 nəfəri öz seçimlərini ediblər. Hər biri sərbəst olaraq gəlib seçdikləri namizədin adını yazıblar. Heç bir qanun pozuntusuna rast gəlinməyib".

Məhbuslar səsvermə prosesinin şəffaflığından danışıblar. Məhbus Rafiq Əliyev bildirib ki, məntəqədə şərait çox yüksək səviyyədədir: "Səsvermə və namizədlər haqda hər birimizə ətraflı məlumat verilib. Mən də öz seçimimi etdim. Azərbaycanın dinamik inkişafına şərait yaradan namizədə öz səsimi verdim".

Məhbus Hüseynov Zeyniş də seçkilərin şəffaflığından danışıb: "Bizə qarşı heç bir təzyiq yoxdur və istədiyimiz namizədin adını rahat formada yazırıq. Mən də vətəndaşlıq borcumu yerinə yetirib öz namizədimi seçdim".

Qeyd edək ki, seçkidə yeni texnologiyalardan və çernerlərdən istifadə seçkinin şəffalığından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə