Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri təxribat törədiblər

Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri təxribat törədiblər

Müxalifət tərəfdarları təxribatçı əməllərindən qalmırlar. SİA-nın verdiyi məlumata görə, 31 saylı Suraxanı 2-ci seçki dairəsinin 19 saylı məntəqəsində "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri Dəmirov Rövşən Əlihüseyn oğlu və Əliyev Rüfət İdris oğlu təxribat törətməyə, hay-küy qaldırıb seçki prosesini pozmağa cəhd ediblər. Seçki prosesini müşahidə edən müxtəlif partiyaların və təşkilatların, eləcə də məntəqə sədrinin müdaxiləsi ilə pozuculuğa cəhdin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə