Prezident seçkiləri çərçivəsində 22 saylı Nəsimi II Dairə Seçki Komissiyasının 3 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. SİA-nın məlumatına görə, adıçəkilən məntəqədə prosesi izləyərkən səs verənlər sırasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli də olub.
Millət vəkili açıqlamasında bildirib ki, seçki prosesi olduqca yüksək səviyyədə təşkil olunub: "Bununla yanaşı, seçkinin texniki tərəfinə heç bir irad tutula bilməz. Beynəlxalq müşahidəçilər də bunun şahidi olurlar. Vətəndaşların rahat səs verməsi üçün lazım olan bütün şərait yaradılıb. İldən-ilə seçki prosesi daha da inkişaf edir. Zamanla bunun şahidi oluram. Bütün seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Bu da seçki prosesinin tam şəffaf keçirilməsinə zəmin yaradır. Dünyanın qabaqcıl ölkələrində seçkilərin təşkili üçün lazım olan işlər həyata keçirilib. Kimin kimə səs verməsi isə vətəndaşların şəxsi istəyi ilə bağlı olan məsələdir".
22 saylı Nəsimi II seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Eldar Məmmədov bildirib ki, seçici siyahısında 1083 seçici qeydə alınıb: "İndiyə qədər 115-dən çox vətəndaş səs verib. Bizim məntəqədə 20 müşahidəçi var ki, onlardan da 9-u xarici müşahidəçidir".
Qeyd edək ki, prosesi izləyən xarici müşahidəçilər seçkilərin demokratik şəraitdə, şəffaf keçirildiyini bildiriblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB