Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ziyalılarla görüş keçirilib

Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ziyalılarla görüş keçirilib

Bu gün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) ziyalılarla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin sədri, polkovnik Eldar Sabiroğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və digər şəxslər iştirak ediblər.

Qonaqlar əvvəlcə TTM-in Atış şəhərciyində PDM-2(BMP-2), TƏİR (PTUR), 2S1 özüyeriyən artilleriya qruğularının və tankların məşq qurğularında atışa qədər məşğələlərini izləyiblər. Onlar burada məşğələlərdə hərəkətdən, qısa dayanacaqlarda peyda olan və hərəkət edən hədəflərə atış prosesi ilə yaxından tanış olublar. Qonaqlara hərbçilərin təlim prosesi və atış məşğələsi barədə ətraflı məlumat verilib.

Daha sonra TTM-in şəxsi heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən TTM-in zabiti, polkovnik-leytenant Murad Gülbabayev Azərbaycanda aparılan Ordu quruculuğu barədə məlumat verərək ordumuzun dövlət müstəqilliyi və ərazi bütövlüyünü qorumağa qadir olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib.

Hərbçilər qarşısında çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə bildirib ki, burada görükləri onu çox təəccübləndirib və bir daha Silahlı Qüvvələrimizin gücünə bələd olub: "Hərbi texnikaları hər dəfə yalnız paradda görürdük. Amma burada əyani şəkildə izahlı olaraq görmək çox təsirli oldu. Məsəl var ki, sülh istəyirsənsə, müharibəyə həmişə hazır ol. Mən bir daha görürəm ki, bizim hərbçilərimiz buna hazırdır".

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da Azərbaycan Ordusunun düşmənə layiqli cavab verə biləcək gücdə olduğunua əmin olduğunu deyib: "Bu gün gördüklərimdə Azərbaycan Silahlı Qüvvələrində gedən inkişafı təsdiq edə bilərəm. Biz qürur hissi keçiririk. Burada olan texniki imkanlar Azərbaycan Ordusunun güclü kadr hazırlığına imkan yaradır. Güclü Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilən ordudur. Bu ordu torpaqlarımızı azad etməyə tam qadirdir".

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sədri, polkovnik Eldar Sabiroğlu müdafiə naziri naziri Səfər Əbiyevin və bütün hərbçilərin adından ziyalılara təşəkkür edib. O qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı mütləq azad edəcək: "Hərbçilərin qərini bilmək hökumətin, dövlətin vəzifəsidir. Ali Baş Komandan İlham Əliyev azərbaycan Silahlı Qüvvələrinin inkişaf etməsi üçün bütün səylərini əsirgəmir. Prezident İlham Əliyevin Ordmuzun Cənubi Qafqazda ən güclü orduya çevrilməsində xüsusi xidmətləri var. Biz müharibə istəmirik. Çünki böyük qanlar töküləcək. Lakin biz də torpaqlarımızın düşmən tapdağı altında qalmasına imkan verməyəcək və torpaqlarımızı mütləq azad edəcəyik".

Daha sonra çıxış edən TTM-in digər zabitləri də dövlətimiz tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə