Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının prezidentliyinə namizədi İlham Əliyevin "İLHAMLA İRƏLİ" devizi ilə keçirilən seçki kampaniyası davam etməkdədir. Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunun Qaraçı, Qaraqurtlu, Cığatay, Gülalan, Niyazoba, Əbilyataq, İlxıçı kəndlərinin seçiciləri ilə növbəti görüşü keçirilib.
YAP-nın prezident seçkilərinə namizədi İlham Əliyevin Xaçmaz rayon Seçki Qərargahının sədri Nazim Ağayev açaraq bildirib ki, Azərbaycan xalqını qarşıdan gələn 5 illik taleyini müəyyənləşdirən bir günə yaxınlaşırıq: "9 oktyabr 2013-cü il tarixində xalqımızın möhtəşəm bir qələbəsini gözləyirik". N.Ağayev son 10 ildə ölkəmizdə baş verən müsbət dəyişikliklər bir daha bizə imkan verir ki, gələcə 5 illiklərdə də bu inkişaf tempini davam etdirmək üçün Cənab İlham Əliyevin ətrafında sıx birləşək: ""Xaçmazlılar həmişə Ulu Öndərimizin uğurlu siyasətinini layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Onun uğurlu siyasətini dəstəkləyiblər. Dövlət başçısı kimi İlham Əliyev ötən 10 ildə Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Yüksək intellekti, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Bu baxımdan da, xalqımız, o cümlədən xaçmazlılar " İLHAMLA İRƏLİ!" şüarı ilə seçkilərə gedərək uğurlu gələcəyimizin qarantı - İlham Əliyevə səs verəcəklərinə tam əminəm".
Görüşdə seçicilərdən Əli Mustafayev, Aydın Əsgərbəyli, Arzu Nəsibova, Əlisultan Sultanov, Hacı Bəhruz, Elman Ağayev, Dildah Mövlanova, Əmirxan Sərdarov, Könül Mövlanova və başqalırı çıxış edərək, 9 oktyabr 2013-cü il tarixində bir nəfər kimi seçki məntəqələrinə gələrək İlhamlı gələcəyə səs verəcəklərini vurğulayıblar.
Xaçmaz gəncləri Cənab İlham Əliyevin ətrafında sıx birləşiblər
Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Onun tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır.Azərbaycan gəncliyi İlhamlı sabaha İlhamla İrəli şüarına əsaslanaraq hər zaman öz sevimli Prezidentləri ətrafında sıx birləşiblər. Oktyabrın 9-da keçiriləcək Prezident seçkiləri ərəfəsində ölkə gənclərinin nəhəng ordusu səfərbər olaraq bu dəfə də İlham Əliyev siyasəti ətrafında sıx birləşəcəklərini bəyan etməkdədirlər. "Səs" qəzetinə öz münasibətlərini bildirən Xaçmazlı gənclər də vurğulayıblar ki, Azərbaycan gəncinin Cənab İlham Əliyevdən başqa heç bir alternativi yoxdur.
Tural Dəmir, gənc: "Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb"
- Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradıb. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət Proqramının həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir. Əslində, qəbul olunan proqram dövlət-vətəndaş münasibətlərinin formalaşdırılmasını istiqamətində yeni bir mərhələ sayılmalıdır. Eyni zamanda, Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil almalarını nəzərdə tutan proqram da insan kapitalının daha da güclənməsinə yönəlmiş mühüm bir addımdır. Ümumiyyətlə, bu sahədə digər proqramlar da icra olunur ki, onlar bütövlükdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına böyük töhfələr verir. Məhz bu kimi faktorları nəzərə alaraq vurğulamaq lazımdır ki, Azərbaycan gəncliyi İlham Əliyev siyasətinin davamını tələb edir. Bu baxımdan, sabahının daha xoşbəxt gələcəyi üçün gənclərimiz bu siyasətə dəstək verəcək.
Fərhad Şeydayev, veteran: "Gənclik Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcək"
- Bu gün bir veteran kimi, deyə bilərəm təkcə Yeni Azərbaycan Partiyasında təmsil olunan gənclərin sayı ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının hamısının birlikdə üzvlərinin sayından 20 dəfə çoxdur. Nəzərə alsaq ki, bu gün yüzminlərlə gənc var ki, siyasi mənsubiyyəti yoxdur və onlarda Azərbaycan iqtidarını müdafiə edir, bu halda belə bir iddianın ortaya atılması "ac toyuğun yuxuda darı görməsinə" bənzəyir. Müxalif gənclər saxta profillərlə sosial şəbəkələrdə onminlərlə gənc tərəfdar topladıqlarını elan etsələr də, real aksiyalarına yüz gənci belə cəlb edə bilmirlər. Çünki Azərbaycan gəncliyi praqmatikdir və ağı qaradan seçməyi bacarır. Ölkə gəncliyinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" dövlət proqramının qəbulu və ən müxtəlif sahələrdə çalışan gənclərin stimullaşdırılması istiqamətində atılan addımlar gənclərimizin qarşısında böyük imkanlar açır. İnanıram ki, məhz elə bu səbəbdən gənclik öz qəti mövqeyini ortaya qoyub və bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcək.
Zahir Səfərov, seçici: "Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur"
- Biz çox sevinirik ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bö
lmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Biz qarşıdan gələn seçkilərdə birmənalı olaraq məhz Cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyik.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB