Niderland Krallığı, Belçika və Lüksemburqdakı Azərbaycan diaspor təşkilatlarını birləşdirən Benilüks Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar. SİA-nın məlumatına görə, Benilüks Azərbaycanlıları Konqresinin seçkilərlə əlaqədar qəbul etdiyi bəyanatda deyilir ki, bu ölkədə yaşayan soydaşlarımız son 10 ildə təşkilatlanaraq diaspor sahəsində uğurlu fəaliyyət göstəriblər. Bəyanatda daha sonra qeyd olunur ki, müsəlman və xristian dünyasının qovuşduğu məkanda yerləşən Azərbaycanın düzgün inkişaf yolu seçməsi, insan hüquq və azadlıqlarını möhkəmləndirməsi, qanunun aliliyini təmin etməsi ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına öz töhfəsini verib.
Benilüks Azərbaycanlıları Konqresi qarşıdakı prezident seçkilərində bütün dünya azərbaycanlılarını Azərbaycanın bugünkü inkişafının səbəbkarı – İlham Əliyevə səs verməyə çağırır: "Ümid edirik ki, "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn prinsipləri rəhbər tutaraq bütün Avropa azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB