Qaradağlılar İLHAMLA İRƏLİ deyir!

Qaradağlılar İLHAMLA İRƏLİ deyir!

Qaradağ rayonunda fəaliyyət göstərən Rus, Ukrayna icmalarının və digər millətlərin nümayəndələrinin iştirakı ilə rayonun Lökbatan qəsəbəsində geniş toplantı keçirilib

Qaradağ rayonunda fəaliyyət göstərən Rus, Ukrayna icmalarının və digər millətlərin nümayəndələrinin iştirakı ilə rayonun Lökbatan qəsəbəsində geniş toplantı keçirilib. Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayonun rus, ukrayna və digər millətlərin nümayəndələri iştirak edib.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin toplantıda çıxışında qaradağlıları salamlayaraq onları prezident seçkilərində aktiv olmağa səs verməyə səsləyib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi zamanı yürütdüyü siyasətdə xalqın ruhu, mentaliteti aydın şəkildə özünü büruzə verirdi. "Bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik əldə etdikdən sonra indiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb. Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var. Eyni zamanda Cənab İlham Əliyevin xalq arasındakı nüfuzu da müzakirə mövzusu belə ola bilməz. Məhz bu səbəbdən də digər ölkə vətəndaşları kimi, Azərbaycanda yaşayan ruslar da qarşıdakı prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər" deyən M.Zabelin Qaradağda yaşayan rusların, ukraynalıların və digər millətlərin nümayəndələrini 9 oktyabrda seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırıb.

Qaradağ rayonunda yaşayan rus icmasının üzvü Qalina Petrovna da çıxışında onların həyat səviyyəsini yüksəldən, Azərbaycanda bütün imkanlara onlara təmin edən cənab İlham Əliyevə səs verəcəklərini söyləyib.

Qaradağ rayon sakini Qalina Qasımova da çıxışında seçkidə sənab İlham əliyevə səs verəcəklərini bildirib.

Qaradağ rayon rus icmasının nümayəndəsi Yaketrina Ivanovna da bütün Qaradağda yaşayan rusları prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıb.

Ukrayna Konqresinin Qaradağ rayonu üzrə nümayəndəsi Aksana Jabina da bütün rus və ukrayna icmasının nümayəndələrini Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Digər çıxışçılar Nəzakət İmamverdiyeva, Zahid İbrahimov da çıxışlarında bütün qaradağlıları o cümlədədn burada yaşayan rus və ukrayna icmalarının təmsilçilərinin 9 oktyabrda cənab İlham Əliyev səs verməyə çağırıblar.

Qaradağ rayon ictimaiyyəti adından danışan Bəhruz Qəndilov da çıxışında Azərbaycanda olan tolerantliq mühitindən, hər bir xalqın burada sərbəst yaşamasından danışıb. O qarşıdakı prezident seçkilərində həmişə olduğu kimi bu dəfə də Rus və Ukrayna İcmalarını aktivlik göstərərək cənab İlham əliyevə səs verəcəklərinə əminliyini ifadə edib.

Rus İcmasının təmsilçisi Natalya Petrovna da çıxışında Qaradağda yaşayan bütün rusların 9 oktyabrda yeganə seçimlərinin məhz cənab İlham Əliyev olacağını bildirib.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatın sədri Aydın Hüseynov da çıxışında Rus və Ukrayna icmasının nümayəndələrini salamlayaraq onların tarixin bütün dönəmlərində Azərbaycanlılarla eyni məkanda yaşamaqla yanaşı birlik təcəssüməsi nümayiş etdirdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və ölkəmizdə yüksək milli əxlaqi dəyərlər mövcuddur. A.Hüseynov tarixən də Azərbaycanda ruslar, ukraynalılar və basqa xalqların nümayəndəsi dostluq qardaşlıq şəraitində yaşadıqlarını və eyni amal uğrunda birləşdiklərini söyləyib. "Ölkəmizdə bütün dinlərə eyni münasibət mövcuddur. Azərbaycan cəmiyyəti nəinki qonşu ölkələrdən, hətta Avropa ölkələrinin çoxundan daha tolerantdır. Çünki ölkə konstitusiyasına görə də din dövlətdən ayrıdır. Məhz dövlətimizin də başlıca amalı budur ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi qardaşlıq, dostluq şəraitində yaşasın. Sözsüz ki, Rus icması öz fəalliyəti ilə artıq ölkəmizdə ictimai-siyasi proseslərdə aktiv iştirak edir. Azərbaycanın ən ağrılı problemı olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində rus icması da öz mövqeyini dəfələrlə nümayiş etdirib. Eyni zamanda rus icması mədəni kütləvi tədbirlərdə həmişə böyük fəallıq göstərib. Qaradağ rayonunda da ruslar, ukraynalılar bir ailə kimi yüksək mədəni şəraitdə qarşılıqlı münasibətdə yaşamaqdadır. Bizlər həmişə rus dotlarımızın adət-ənənələrinə hörmətlə yanaşmışıq. Xüsusəndə Paska bayramlarında bizim hərəyliyimiz daha açıq şəkildə özünü göstərir. Bütün bunlar Azərbaycandakı şəffaf mühitdən, dinindən, irqindən asılı olmayaraq hər kəsə olan vətəndaşlıq münasibətindən xəbər verir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dönəmində də ölkəmizdə bütün xalqların nümayəndəsinə ən yüksək münasibət olub. Məhz Cənab prezident İlham Əliyev tərəfindən də rus icmasının fəaliyyəti rus dilinin tədrisi üçün konkret addımlar atılıb. Azərbaycan yaşadığımız regionda rus dilinin tədrisinə rus icmasının fəaliyyətinə ən geniş imkanlar yaradan bir dövlətdir. Əvvəla onu qeyd edim ki, Rus İcması keçmiş ittifaq dövləti dağılandan sonra Azərbaycanda yaranan ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Azərbaycan rusları Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Biz sevincimizi və kədərimizi birlikdə bölüşmüşük. Dövlətimizin ərazi bütövlüyünün müdafiəsində sizlər hər zaman bizimlə çiyin-çiyinə dayanmısınız. Eyni zamanda bizlər sizinlə birlikdə dinc həyat qurmuşuq. Eyni zamanda bu il Rus icmasının yaranmasının 20 ili tamam olur. Bu hadisə münasibəti ilə də sizləri təbrik edirəm. Məlum olduğu kimi, oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. İnanırıq ki, Rus İcması olaraq, sizlər də bu prosesdə aktiv iştirak etmək niyyətindəsiniz.

Yeri gəlmişkən Azərbaycanda indiyədək ruslara qarşı hər hansı bir şəkildə diskriminasiya faktı qeydə alınmayıb. Əksinə, burada ruslara, rus dilinə daim isti münasibət olub. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda rus millətinin nümayəndələrinə daha çox hörmət olunur, nəinki başqa ölkələrdə. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən heç bir məhdudiyyətlə rastlaşmırlar. Yəni, bəzi postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda gənc rusların işə qəbulunda heç bir problemlər yoxdur. Çünki onların böyük əksəriyyəti, Azərbaycan dilində çox sərbəst şəkildə danışa bilirlər. Bu, onlara iş tampaqda çox kömək edir. Bu gün ruslar ölkəmizin idarəetməsində aktiv iştirak edirlər. Rus millətindən olan ölkə vətəndaşlarını müxtəlif səviyyədən olan dövlət məmuru postlarında görmək mümkündür. Sözün qısası, ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər", - deyən A.Hüseynov qarşıdan prezident seçkilərində Qaradağda yaşayan rus icmasının və rus dilli vətəndaşların həmişə olduğu kimi bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Bildirib ki, Azərbaycan dövləti həmişə sizin yanınızda olub, sizlərin hər bir probleminizdə şəxsi işlərinizdə dövlətimizlə yanaşı bizlər sizinlə həmrəy olmuşuq. Bizim üçün sözsüz ki, növbəti həmrəylik günü 9 oktyabr prezident seçkilərində olacaq deyən təşkilat sədri 9 oktyabrda Qaradağda yaşayan rus icmasının nümayəndələri və bizim rus dostlarımız cənab İlham Əliyevə səs verəcəyinə inamını vurğulayıb.

A.Hüseynov çıxışının sonunda onları bir daha 9 oktyabrda seçkidə aktiv olmağa cənab İlham Əliyevə səs verməyə səsləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə