İsmayıllılar İlham Əliyevi dəstəkləyir

İsmayıllılar İlham Əliyevi dəstəkləyir

YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Hacıhətəmli kəndində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, keçirilən tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter alması, ölkəmizin bütün sahələrdə hərtərəfli inkişaf yolunu inamla tutması, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi xalqımızın Ümummilli lideri, xilaskarı, azad və müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin şərəfli adı və möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə sıx bağlıdır: "Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Respublikamızda bütün sahələrdə əsaslı dəyişikliklər, islahatlar həyata keçirilir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün tədbirlər görülür, bütün gəlirlər insan kapitalına çevrilir. İqtisadiyyatımız yüksələn xəttlə inkişaf edir, ölkəmiz dünya dövlətləri arasında aparıcı söz sahibinə çevrilir. Cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş, alternativsiz siyasətin nəticəsidir ki, artıq dövlətimizin haqq səsi dünyanın mötəbər təşkilatlarından gəlir, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə doğru şəkildə çatdırılır".

Tədbirdə çıxış edən yerli təbliğat qrupunun üzvü İsmayıl Tarverdiyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. O, xalqın bu siyasəti bəyənib və dəstəklədiyini də diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Hacıhətəmli kənd sakinləri Nurəddin Ağayev, Feyruz Mehdiyev, Niyaz Dadaşov, Əvəz Kərimov və Əzimə Şirəliyeva qeyd ediblər ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: "Onun müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlib və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt qloballaşan dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin - dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu xalqı və yeni zəfərlərə aparan müdrik Prezident İlham Əliyev var. Biz 9 oktyabrda keçirilən seçkilərdə öz səslərimizi məhz İlham Əliyevə verəcəyik. Onun apardığı siyasətin alternativi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə