İlham Əliyevin qələbəsi mütləqdir

İlham Əliyevin qələbəsi mütləqdir

YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, millət vəkili Yevda Abramov rayonun Xınalıq və Əlik İcra Ərazi Dairələrində seçicilərlə görüşlər keçiriblər.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, parlaq gələcək İlham Əliyevlədir: "Prezidentimizin 10 illik uğurlu fəaliyyəti bizə bunu deməyə əsas verir ki, xalqımızın firəvan həyat şəraitinin davam etməsi və parlaq gələcəyimiz yalnız YAP-ın namizədi cənab İlham Əliyevin əlindədir. Məhz buna görə də hamımız 9 oktyabrda səsvermə məntəqələrinə gedərək İlham Heydər oğlu Əliyevə səs verəcəyik".

Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov qeyd edib ki, xalqımız inkişafa, tərəqqiyə səs vermək fikrindədir: "Bu inkişaf, tərəqqi Prezidentimizin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu davam etdirən Cənab İlham Əliyev Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdə olmasına nail olub. Bütün bu nəaliyyətlər bizim 9 oktyabrda YAP-ın namizədinə səs verməyimiz üçün başlıca səbəbdir".

Tədbirdə seçicilər də öz fikirlərini bildirərək qeyd ediblər ki, xalqımızın bütün nümayəndələri kimi, qubalılar da 9 oktyabrda seçkilərdə iştirak edərək YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə