"Cəmil Həsənli unutmamalıdır ki, İlham Əliyev hazırda prezidentdir"
Prezident İlham Əliyevin şərəf və ləyaqətinin hüquqi müdafiəsi ilə bağlı Cəmil Həsənlinin tele-debatda söylədiyi fikirlərə hüquqşünas ekspertlər tərəfindən rəy bildirilib. SİA-nın məlumatına görə, bununla bağlı bu gün BDU-nun müəllimi, hüquq üzrə fəlsəfə doktoru Fuad Məhərrəmov və hüquq elmləri doktoru Mayis Əliyev mətbuat konfransı keçiriblər.
Fuad Məhərrəmovun sözlərinə görə, seçkiqabağı keçirilən tele-debatda, xüsusilə də ikincisində namizədlər Prezident İlham Əliyevin ünvanına, onun şərəf və ləyaqətinə toxunan fikirlər səsləndiriblər: "Hər bir namizəd, eləcə də Cəmil Həsənli unutmamalıdır ki, prezidentliyə namizədlərdən biri, yəni İlham Əliyev hazırda Azərbaycan Respublikasının Prezidentidir. Digər 9 nəfər isə sadəcə prezidentliyə namizəddir. Konstitusiyanın 46-cı maddəsinə əsasən prezidentin şərəf və ləyaqəti ölkə qanunvericiliyi və hüququ aktlarla qorunur. Heç bir halda Cəmil Həsənlinin ikinci tele-debatda səsləndirdiyi fikirlər hüquq mühafizə orqanları tərəfindən təsdiq olunmamış qeydə alına bilməz. Cəmil Həsənli prezident və onun ailə üzvlərini oğurluqda, dövlət əmlakının talanmasında, saxtakarlıqda təqsirli bilib. Lakin Konstitusiyasının 123-cü maddəsinə əsasən məhkəmə qərarı olmadan hər hansı bir şəxsi təqsirləndirmək qanuna ziddir. Konstitusiyanın 147-ci maddəsinə əsasən şəxs digər şəxsə böhtan atarsa, onu 100 manatdan 500 manata qədər cərimə və ya 240 saat ictimai iş və ya 1 il islah müddətində cəzalandırma və ya 6 ay azadlıqdan məhrum etmə qərarı gözləyir. Həmçinin, 148-ci təhqir maddəsinə görə təhqir edən şəxsi 300 manatdan 1000 manata qədər cərimə və ya 240 saat ictimai iş və ya 1 il islah işi və ya 6 ay azadlıqdan məhrumetmə cəzası gözləyir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB