Samirə Quliyeva: “Prezident İlham Əliyevin əsas təbliğatçıları, məhz gənclərdir” MÜNASİBƏT
"Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevin əsas təbliğatçıları, məhz gənclərdir". Bu sözləri SİA-ya YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva gənclərin seçkiqabağı təbliğat-təşviqat kampaniyasındakı iştirakından danışarkən deyib.
O bildirib ki, kampaniya çərçivəsində gənclər bütün regionlarda, partiya təşkilatlarında aktiv iştirak edirlər: "Onlar müxtəlif fləşmoblarda, təbliğat- təşviqat materiallarının hazırlanması, paylanmasında yaxından iştirak edirlər. Gənclərimiz gödükləri işi ürəklə, könüllü olaraq həyata keçirirlər. Kütləvi İnformasiya Vasitələrini izləsək o zaman görərik ki, hər gün gənclər təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra rayonlarda müxtəlif tədbirlər keçirirlər. Burada sevindirici hal ondan ibarətdir ki, gənclər həmin tədbirlərdə kütləvi şəkildə iştirak edirlər".
Açıqlaması zamanı ölkə əhalisinin seçkiyə hazırlıq məsələsinə toxunan S. Quliyeva bildirib ki, cəmiyyət seçki prosesində çox aktivdir: "Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Respublikası önəmli ictimai qərar astanasındadır. İnsanların bir-birilə namizədlər haqqında fikir bölüşmələri, öz münasibətlərini bildirmələri, seçki prosesini yaxından izlədiklərini göstərir. Düşünürəm ki, 9 oktyabr prezident seçkiləri günü seçicilər öz hüquqlarından istifadə eədərək istədikləri namizədə səs verəcəklər. Keçirilən tədbirlərdə seçicilərlə ünsiyyətdə olur, onların fikirlərini öyrənirik. Onlar ölkə başçısının gördüyü işləri bəyənir, Prezident İlham Əliyevi dəstəkləyirlər. Bütün bunlar da onu göstərir ki, Azərbaycan xalqı hazırki siyasətin davamını istəyir. Elə buna görə də xalqımız yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevə səs verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə