Lerik sakinlərinin alternativsiz namizədi İlham Əliyevdir FOTO

Lerik sakinlərinin alternativsiz namizədi İlham Əliyevdir FOTO

Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının ikinci turu start götürüb. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri bu gün rayonun Züvüç və Osyodərə kənd inzibati ərazi dairələrinə daxil olan Züvüç, Zövnə, Çeşman, Biləvər, Gendov, Bülüdül və Şivlə kəndlərində seçicilərlə görüüb.

YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri haqqında geniş məlumat verib.

Tədbir iştirakçılarından Əlirza Abışov, Tərlan İsrafilov, Savadəli Hadıyev və başqaları çıxış edərək həmişə xalqın qayğısına qalan Ulu öndərin layiqli davamçısı olan İlham Əliyevin bu gün alternativsiz bir namizəd olduğunu, leriklilərin yalnız ona səs verəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə