Laçınlılar İlham Əliyevi dəstəkləyir FOTO

Laçınlılar İlham Əliyevi dəstəkləyir FOTO

Yeni Azərbaycan Partiyasının Seçki Qərargahının Laçın rayon şöbəsi Laçın rayonundan olan məcburi köçkünlərin yaşadıqları Sumqayıt şəhərində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli son illər Respublikanın hər yerində olduğu kimi, Laçın rayon Taxta-körpü məcburi köçkünlər qəsəbəsində də cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən quruculuq- abadlıq işləri haqqında geniş məlumat verib: "Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində son 10 ildə Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib. Ümummilli liderin zəngin təcrübəsi, şəxsi nüfuzu nəticəsində 19 il bundan əvvəl bağlanmış neft müqaviləsi nəticəsində, bugünkü inkişafımızın təməli qoyulsa da, sonrakı illərdə cənab İlham Əliyev neftdən gələn gəlir nəticəsində digər sahələrin inkişaf etdirilməsini təmin edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, təhsilin, səhiyyənin, mədəniyyətin, turizmin, idmanın və digər sahələrin inkişafına nail olmaq məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilib".

Daha sonra çıxış edən millət vəkili, əməkdar elm xadimi Əlihüseyn Hidayətov bildirib ki, Nazim Fərəcov Ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev dünyada tanınan və böyük dövlət rəhbərləri tərəfindən qəbul edilən liderdir: "Son 10 ildə Azərbaycanın güclü inkişafı, əldə etdiyi uğurlar, xüsusilə qeyri-neft sektoru və regionların inkişafına, millətin gələcəyini təmin edən təhsilin, mədəniyyət və səhiyyənin inkişafına göstərdiyi diqqət onu xalqımızın sevimlisinə çevirib. Bu gün neftdən gələn gəlir şəffaf şəkildə digər sahələrin inkişafına yönləndirilir. Xüsusilə Azərbaycanın işıqlı gələcəyini təmin edən kadrların yetişdirilməsi məqsədilə gənclərin dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərinə göndərilməsi, bu sahəyə aid Dövlət Proqramının təsdiq edilməsi dediklərimə əyani misaldır. Bütün seçiciləri gələcəyimizin təminatçısı, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevə səs verməyə çağırıram".

Tədbir iştirakçılarından Avgün Kərimova, Tapdıq Abbasov, Əli Aslanov və başqaları çıxış edərək İlham Əliyevin Laçına göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Qeyd olunub ki, Laçınlılar həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə