Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qax şəhərində keçirilən mitinq-konsertə minlərlə insan qatılıb. SİA-nın məlumatına görə, Qax rayonunun mərkəzi stadionunda Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin siyasətini dəstəkləmək üçün təşkil olunmuş mitinq-konsert proqramı öz möhtəşəmliyi ilə yadda qaldı. Əllərində şüarlar, Azərbaycan bayrağı və üzərində Yeni Azərbaycan Partiyasının loqosu olan bayraqlar, Cənab İlham Əliyevin portretlərini tutmuş minlərlə mitinq iştirakçısı Prezident İlham Əliyev siyasətini dəstəklədiklərini nümayiş etdirirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qonaqları və Qax əhalisini salamlayaraq 21 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Heydər Əliyev yolu ilə irəlilədiyini, çox böyük və şərəfli yol keçdiyini söyləyib: "Cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət göstərir. Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha Cənab İlham Əliyevi özünün Prezidenti kimi görmək istəyəcək".
Tədbirdə çıxış edən MM deputatı Azər Kərimli qeyd etdi ki, Azərbaycan dövləti artıq yola saldığımız 10 ildə sürətlə inkişaf edərək böyük nailiyyətlər əldə edib: "Büdcəmiz ildən-ilə artır. 1996-cı ildə büdcəmiz cəmi 516 milyon idisə, indi artıq 20 milyarddan danışırıq. Regionlarda gedən inkişafı elə Qaxın timsalında görmək olar. Rayon mərkəzləri gözəlliyinə, inkişafına görə heç də Bakıdan geri qalmır. Bu cür sürətli inkişafın davamına səs verərək 9 oktyabrda seçki məntəqlərinə gəlməli və alternativsiz namizəd Cənab İlham Əliyeva səs verməliyik!"
Tibb elmləri namizədi Afər Allahverdiyev qeyd edib ki, ölkənin artan gəlirlərinin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi hökumətin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil edir: "Son 10 il ərzində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların rifahının yüksəldilməsi istiqamətində olduqca böyük işlər görülüb, əhəmiyyətli irəliləyişə nail olunub. Bu işləri aparan ancaq və ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Azərbaycan xalqı artıq öz düzgün seçimin 10 il bundan öncə - 2003-cü ildə edib, bu gün də bu seçimdə qalır. İnanıram ki, bütün Azərbaycan xalqı, o cümlədən Qaxlılar 9 oktyabrda cənab İlham Əliyevi dəstəkləyəcəklər".
Seçicilər adından Mədinə Heydərova, Müzəffər Səfərov və başqaları qeyd ediblər ki, Ulu Öndərimizin layiqli davamçısı olan Cənab İlham Əliyevin qarşıdan gələn seçkilərdə qalib gələcəyinə bütün Qax ictimaiyyəti əmindir".
Görüş Azərbaycanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB